USD - 1.7 EUR - 1.9254 RUB - 0.0256 TRY - 0.317 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycanda 200 manatlıq əskinasların dövriyyədə olan həcmi açıqlanıb Özbəkistandan Azərbaycana gətirilən 31 ton kişmiş zərərsizləşdirilib BŞTİ: Məktəblərdə Yeni il şənliyi üçün pul yığılması yolverilməzdir Dövlət Agentliyinin kollektivi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib Tramp və ailəsi barəsində araşdırmalar aparılacaq
AZTA və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası Memorandum imzalayıb

Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

ASAN Radio xəbər verir ki, Memorandumu AZTA rəhbəri Nahid Bağırov və AQSİA sədri Səkinə Babayeva  imzaladı.

Memorandumun məqsədi Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının Turizm Komissiyasının AZTA ilə əməkdaşlıq əlaqələrinin  qurulması, turizm sahəsində qadın sahibkarların fəaliyyətinin təşviqi və dəstəklənməsindən ibarətdir.

İmzalanma mərasimi çərçivəsində tərəfər səmərəli əməkdaşlığın formalaşması üçün birgə İşçi Qrupunun yaradılması barədə qərar qəbul etdilər. İşçi qrupunun fəaliyyəti qadın sahibkarların xüsusi təlimlərdə iştirak etməsini təmin etmək, eləcə də, bölgələrə infoturların təşkil edilməsi və yerli əhali arasında kənd turizminin ev təsərrüfatı şəratində inkişafı potensialı haqqında məlumatlandırmaqdan ibarət olacaq.

AZTA və AQSİA rəhbərləri həmçinin Kiçik və orta biznesin inkişafı agentliyi (KOBİA) yanında yaradılan İctimai Şura çərçivəsində birgə fəaliyyət və əməkdaşlığın qadın sahibkarların turizm sahəsində fəalliyətinə əlavə dəstək olacağını xüsusi qeyd etdilər.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio