USD - 1.7 EUR - 1.9254 RUB - 0.0256 TRY - 0.317 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycanda 200 manatlıq əskinasların dövriyyədə olan həcmi açıqlanıb Özbəkistandan Azərbaycana gətirilən 31 ton kişmiş zərərsizləşdirilib BŞTİ: Məktəblərdə Yeni il şənliyi üçün pul yığılması yolverilməzdir Dövlət Agentliyinin kollektivi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib Tramp və ailəsi barəsində araşdırmalar aparılacaq
Azərbaycan parlamenti 100 yaşında

Bu gün Azərbaycan parlamentinin yarandığı günüdür.

1918-ci il dekabrın 7-də gündüz saat 1-də Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı olub. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söyləyib.

 

"Müsavat" fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, doktor Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Paris sülh konfransına yola düşmüş Ə.Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə H.Ağayev rəhbərlik edib. Parlamentin ilk iclasındaca Fətəli xan Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb. Yeni hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırılıb.

 

Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı 23 ay müddətində parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub. AXC Parlamentinin 11 komissiyası olub və parlament qanunlarının hazırlanması, müzakirəsi, təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak ediblər.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio