USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
BMT-nin qərargahında “Dağ yəhudiləri” kitabının təqdim olunması şərəfinə rəsmi qəbul

Ümumdünya Dağ Yəhudiləri Konqresi Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası yanında məşvərətçi status alması ilə əlaqədar tədbir keçirib.

BMT-nin Nyu-Yorkdakı qərargahında “Dağ yəhudiləri” adlı kitabının təqdim olunması şərəfinə rəsmi qəbul baş tutub. ASAN Radio xəbər verir ki, tədbirdə BMT və Amerika Birləşmiş Ştatlarında akkreditə olunmuş 80-dən çox ölkənin diplomatik missiyasının, ABŞ prezidentinin administrasiyasının, Konqresin, Birləşmiş Ştatların kütləvi informasiya vasitələrinin, həmçinin beynəlxalq təşkilatların və dünya yəhudi təşkilatlarının nümayəndələri iştirak ediblər. “Dağ yəhudiləri” kitabı bu xalqın 600 illik tarixinin fundamental tədqiqatı kimi etnogenez problemindən və dünyanın müxtəlif ölkələrində müasir dağ yəhudiləri icmalarının sosial-iqtisadi statusundan bəhs edir. Layihə Ümumdünya Dağ Yəhudiləri Konqresinin rəhbəri Akif Gilalov tərəfindən irəli sürülüb və müvəffəqiyyətlə icra olunub.

Mərasimdə çıxış edən Ümumdünya Dağ Yəhudiləri Konqresinin rəhbəri Akif Gilalov monoteist dinləri, mədəniyyətləri, sivilizasiyalararası dialoqu əhatə edən hökumətlərarası təşkilatın yaradıldığını bəyan edib. Bu təşkilat xristian və müsəlmanlarla çiyin-çiyinə yaşayan dağ yəhudiləri icmasının gözəl nümunəsinə söykənərək cəmiyyətləri sülh və həmrəylik şəraitində yaşamağı öyrədəcək. “Dağ yəhudiləri şəxsi nümunələri və fəaliyyətləti ilə göstərirlər ki, müxtəlif dinlər və etnik qruplar arasında sülh şəraitində birgə yaşamaq mümkündür. Lakin bundan da vacib odur ki, bu, bizim üfüqləri genişləndirir: çoxkonfessiyalı və polietnik cəmiyyət şüurumuzu formalaşdırır, bizi qarşılıqlı anlaşmaya və hörmətə öyrədir. Yəhudilərin müsəlmanların toylarına yaxud xristianların hüzur mərasimlərinə getdikləri və bunun əksinin baş verdiyi cəmiyyəti təsəvvür edə bilərsiniz!” – deyə, Ümumdünya Dağ Yəhudiləri Konqresinin rəhbəri Akif Gilalov vurğulayıb.

BMT Baş katibinin kommunikasiyalar üzrə müavini Elison Smayl bu qeyri-hökumət təşkilatının vacibliyini və əhəmiyyətini qeyd edərək bildirib ki, Ümumdünya Dağ Yəhudiləri Konqresinin missiyası Birləşmiş Millətlər Təşkilatının məqsədlərinə dəqiq və aydın şəkildə uyğundur.

BMT-nin Baş katibi Antoniu Quterriş Ümumdünya Dağ Yəhudiləri Konqresinə müraciətində keçirilən təqdimetmə mərasiminə xoş arzularını bildirib və uğurlar arzulayıb.

Tədbir zamanı Ümumdünya Dağ Yəhudiləri Konqresinin bütün dünyanı əhatə edən “Zindanda musiqi” adlı yeni layihəsi elan olunub. Layihədə məqsəd həbs düşərgələrində həlak olmuş bəstəkarların yazdıqları musiqi əsərlərini toplamaqdır.

Xatırladaq ki, Ümumdünya Dağ Yəhudiləri Konqresi 7 fevral 2003-cü il tarixdə Təl-Əvivdə (İsrail) baş tutmuş təsis iclasında rəsmi olaraq yaradılıb. Bunun əsas təşəbbüskarı iş adamı və ictimai xadim Zaur Gilalov olub. Onun məqsədi dünya üzrə dağ yəyudiləri icmalarını inteqrasiya etmək idi. Hazırda bütün dünyada dağ yəhudilərinin sayı 200 min təşkil edir. Onlar ABŞ, İsrail, Rusiya Federasiyası, Almaniya, Kanada və Avstriyada yaşayırlar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!