USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Sabirabad sakini ovlandığı 251 ədəd qaşqaldaq və ördəklə saxlanıldı

Daxili  İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin İmişli XPM-nin əməkdaşları tərəfindən ekoloji cinayətlər  törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbir zamanı bir nəfər saxlanılıb.

İdarənin ASAN Radioya verdiyi rəsmi məlumatında qeyd olunur ki, saxlanılan şəxs 1963-cü il təvəllüdlü  Sabirabad sakini, əvvəllər Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə məhkum edilmiş Novruzov Nəvai Əlibala oğludur. Onun idarə etdiyi "Qaz-33021" markalı 54-BX-582 dövlət qeydiyyat nişanlı avtomaşın Saatlı rayon Məzrəli kəndi ərazisində saxlanılıb və  avtomaşının yük yerinə baxış keçirilən zaman qanunsuz yolla ovlanmış 251 ədəd qaşqaldaq və 4 ədəd ördək quşu aşkar edilərək maddi sübut kimi götürülüb. Hadisə İmişli, Saatlı, Sabirabad ərazisində qeydə alınıb.  Ekoloji cinayət törətməkdə təqsirli bilinən Nəvai Novruzov əməlindən peşman olduğunu deyib. Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində təhqiqat aparılır. Bildirək ki,  Qızılağac Dövlət Qoruğu, Abşeron Dövlət Qoruğu, Ağgöl Dövlət Qoruğu və Sarısu Ovçuluq  Təsərrüfatı, eləcə də Şərbətgol, Mahmutçala, Qırmızıçala, Yaşma, Giləzi, Varvara Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisində yerləşən dövlət qoruqları və ovçuluq təsərrüfatlarıdır. Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisi olan adları sadalanan məkanlarda bu cür hallar barəsində məlumat daxil olduqda Su Polisinin əməkdaşları tərəfindən dərhal ciddi ölçü götürüləcək.

O cümlədən, Su Nəqliyyatında Polis İdarəsi tərəfindən qırmızı kitaba düşmüş quşları və balıqları qanunsuz şəkildə ovlayanlara qarşı ciddi mübarizə aparılacaq. Cinayətləri törədənlər Azərbaycan Respublikasının CM-yə uyğun olaraq cəzalandırılacaqlar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!