USD - 1.7 EUR - 1.923 RUB - 0.0257 TRY - 0.3219 DAHA ÇOX
SON DƏQİQƏ
Prezident İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib Azərbaycanın keçən ay ən çox məhsul göndərdiyi ölkə İtaliya olub Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr ediləcək Bakı-Şamaxı-Yevlax yolunda gücləndirilmiş rejim Fevralın 19-də xarici valyutaların manata qarşı məzənnələri
Beynəlxalq Muğam Mərkəzində Rusiya pianoçuların iştirak ilə konsert keçirilib

Beynəlxalq Muğam Mərkəzində “Simurq Uşaq Musiqi Festivalı” çərçivəsində istedadlı Rusiya pianoçularının iştirak ilə möhtəşəm konsert keçirilib.

Beynəlxalq Muğam Mərkəzində Rusiyanın əməkdar müəllimi, P.İ.Çaykovski adına Moskva Konservatoriyasında Mərkəzi Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Mira Marçenkonun tələbələrinin iştirakı ilə möhtəşəm konsert keçirilib.

Konsert  Bakı Media Mərkəzinin , Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “Simurq Uşaq Musiqi Festivalı” çərçivəsində baş tutub.

“Simurq” Uşaq Festivalın keçirilməsində başlıca məqsəd istedadlı musiqiçiləri önə çıxarmaq, dəstək olmaq, eləcə də onlara ifaçılıq sənətində peşəkar bilik və bacarıqlar öyrətməkdir.

Azərbaycan tərəfdən festivalın təşkilatçısı, Layihənin müəllifi və rəhbəri tanınmış pianoçu, nüfuzlu beynəlxalq müsabiqələrin laureatı Səidə Tağızadə və Rusiyanın əməkdar müəllimi, P.İ.Çaykovski adına Moskva Konservatoriyasında Mərkəzi Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Mira Marçenkonın açılış nitqindən sonra konsert proqramına start verilib.  

Konsertdə Timofey Vladimirov, Sofya Menşikova, Aleksandra Dovqan və Valentin Malinin ifasında  R. Şumanın, F.Şubertin, F. Listin, P.İ.Çaykovskinin,S.V. Raxmaninovun, J.F. Ramonun,İ.S. Baxın, A.Skryabinin əsərləri səslənib.

Qeyd edək ki, Ötən ilin Oktyabr ayında "Simurq" musiqi festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində məşhur rusiyalı pianoçu Daniil Sayamovun solo konserti keçirilib. 

Gənc istedadların ifası bu dəfə də musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio