USD - 1.7 EUR - 1.9105 RUB - 0.0266 TRY - 0.2917 DAHA ÇOX
SON DƏQİQƏ
Problemli kreditlərlə bağlı ödənişlərin veriləcəyi tarix məlum olub Pirallahıda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin əl işlərindən ibarət sərgidə - FOTOLAR Messi həftənin ən yaxşı futbolçusu seçildi Səyyar “ASAN xidmət” Qazaxda
Mətbuat Şurası: Bakıda səyyar qəzet satışı bərpa olunmalıdır

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. 

Şuradan "Report"a verilən məlumata görə, toplantını giriş sözü ilə açan şura sədri, deputat Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib. 

Gündəlik səsə qoyularaq qəbul edilib.

İclasda öncə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərin maliyyələşməsi üçün şərtləri dəyişdirməsindən sonra yaranmış durum müzakirə edilib. 

İH üzvləri bildiriblər ki, qəzetlər üçün minimum 5 000 tiraj və 2 000 yayım tələbinin qoyulması dövlətin bu sahəyə yeni yanaşma tərzidir. Buna adekvat fəaliyyət göstərən qəzetlər olacaq, lakin bir çox kütləvi informasiya vasitələri indidən nəşrlərini dayandırdıqlarını bəyan ediblər. Mövcud durumdan çıxmaq üçün yollar tapılmalıdır.

Bu xüsusda media bazarının genişləndirilməsi üzərində dayanılıb. Bildirilib ki, əvvəllərdə olduğu kimi, qəzetlərin metro stansiyalarının çıxışında və insanların sıx toplaşdıqları digər yerlərdə satışı təşkil olunmalı, o cümlədən səyyar satış bərpa olunmalıdır. Elə mühit yaradılmalıdır ki, hazırkı durumda dövlət dəstəyindən faydalanmaq şansı olmayan nəşrlərin gələcəkdə buna imkan əldə etmələrinə şərait yaransın. Belə olduqda onlarda fəaliyyət üçün stimul yaranacaq. Bu, öz növbəsində, rəqabət formalaşdıracaq.

Qeyd olunub ki, KİVDF-nin maliyyələşmə şərtlərində dəyişiklər etməsi yeni dövrün tələbindən irəli gələn zərurətdir. Əsas məsələlərdən biri maliyyələşəcək qəzetlərin sayını azaltmaq deyil, daha keyfiyyətli qəzetçiliyə dəstək olmaqdır. Buna görə də yalnız tiraj və yayım yox, eyni zamanda məzmun məsələsi də ön planda olmalıdır. İH üzvləri mövcud məqama xüsusi diqqət yetirərək bildiriblər ki, internet medianın geniş vüsət aldığı hazırkı şəraitdə oxucu xəbər saytlarındakı informasiyanı yenidən qəzetdə görmək istəməz. Deməli, yeni dövrün tələbləri qəzetçiliyə də yeni yanaşmanı gətirməlidir və bu yol dünyanın bir çox qabaqcıl ölkələrində gedilir. Nəticə etibarilə dünya miqyasında tiraj və yayım sahəsində əvvəlki illərdə mövcud olmuş geriliyin aradan qaldırılmasında müsbət tendensiyalar müşahidə olunmaqdadır. 

İclasda vurğulanıb ki, dünyanın bir çox ölkələrində qəzet kağızı əlavə dəyər vergisindən azad edilib. Azərbaycanda isə bununla bağlı ziddiyyətli durum var və ƏDV tətbiq edilir. Ziddiyyət ondan ibarətdir ki, idxal olunan KİV məhsulları Vergi Məcəlləsinin 164.1 və 164.1.7 maddələri ilə ƏDV-dən azaddır. 2005-ci ildə Nazirlər Kabineti 11 saylı qərar qəbul edib. Həmin qərarda da idxal olunan KİV məhsullarının ƏDV-dən azad edildiyi vurğulanıb. Beləliklə KİV məhsullarının ƏDV-dən azad olunması 2 dövlət sənədi ilə tənzimlənib. Həm qanunla, yəni Vergi Məcəlləsi ilə, həm də Nazirlər Kabenitinn 11 saylı qərarı ilə: "Ancaq o da məlumdur ki, 2015-ci ildə Nazirlər Kabinetinin 11 saylı qərarı ləğv edilib. Ancaq Vergi Məcəlləsi qüvvədədir və qüvvədə ola-ola ölkəyə gətirilən KİV məhsullarından - həm qəzet və jurnallardan, həm də qəzet kağızından ƏDV tələb olunur. Yəni faktiki olaraq Nazirlər Kabinetinin 11 saylı qərarının ləğv edilməsi ilə imtiyazın aradan qaldırılması əsas götürülmüş sayılır. Halbuki qanun, yəni Vergi Məcəlləsi daha üstündür və indiki durumda məhz ona istinad edilməlidir, nəinki ləğv edilmiş qərara. Beləliklə Vergi Məcəlləsinə görə, idxal olunan KİV məhsullarının alqı-satqısı üzrə bütün dövriyyələr ƏDV-dən azaddır. Ancaq bəzi dövlət qurumları iddia edirlər ki, bu, alqıya deyil, yalnız satqıya aiddir. Ziddiyyətdən uduzan tərəf isə media orqanlarıdır. ƏDV-nin tətbiqi dövlət büdcəsinə əhəmiyyətli gəlir gətirmir. Ancaq medianın durumuna mənfi təsir göstərir".

İclasda KİV-lərin reklam gəlirləri məsələsinə də toxunulub. Bildirilib ki, indiki durumda onların maddi vəziyyətinin yaxşılaşdırılması üçün dövlət elan və sosial reklamlarının KİV-də cəmləşməsinə nail olmaq vacibdir. Bir sıra dövlət qurumları büdcələrində reklam üçün nəzərdə tutulan vəsaiti yalnız özlərinin təsis etdikləri media orqanlarına yönləndirməklə kifayətlənirlər. Bu vəsait həmin qurumların fəaliyyətini ictimai rəydə daha tutarlı təbliğ edən KİV-lərə daxil olarsa, həm cəmiyyət zəruri informasiyalarla təmin olunmuş olar, həm də redaksiyaların maddi bazası güclənər.

İH üzvləri şuranın göstərilən məsələləri həll etmək üçün ölkə rəhbərliyinə, müvafiq qurumlara müraciət ünvanlamasının vacibliyini vurğulayıblar. Mövcud istiqamətdəki fəaliyyətin koordinasiya edilməsi üçün vaxtilə mövcud olmuş işçi qrupunun fəaliyyətinin gücləndirilməsi barədə qərar qəbul edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio