USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanın Dövlət Himninə dair yeni tələblər təsdiq edildi

Azərbaycanın Dövlət Himninə dair yeni tələblər təsdiq edilib.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihəsinə öz əksini tapıb.

9 maddədən ibarət olan yeni qanun layihəsi Dövlət Himninin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edir.

Qanun layihəsində müəyyən olunan tələblərə əsasən, Azərbaycan vətəndaşları Dövlət Himni ifa edilən zaman himnin mətninə uyğun ayaq üstə və sona qədər oxumalıdırlar (və ya Dövlət Himnini ayaq üstə və sona qədər dinləməlidirlər).

Dövlət Himni ifa edilən zaman Azərbaycan Dövlət bayrağı qaldırılarsa, (asılarsa) Azərbaycan vətəndaşları Dövlət bayrağına tərəf baxmalıdırlar.

 

Azərbaycan ərazisində olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Dövlət Himni ifa edilən zaman onu ayaq üstə və sona qədər dinləməlidirlər.

Xarici dövlətin ərazisində keçirilən təntənəli tədbirlər zamanı Dövlət Himninin ifa edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dövlət Himninə dair məhdudiyyətlərə əsasən, himnin musiqisi musiqi əsərlərində istifadə edilə bilməz. Həmçinin qanun layihəsinə əsasən, Dövlət Himninin əcnəbi dillərdə ifa olunması qadağan edilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!