USD - 1.7 EUR - 1.897 RUB - 0.0264 TRY - 0.2815 DAHA ÇOX
SON DƏQİQƏ
Bu şəxslər 11-ci sinfi bitirdikdən sonra ali məktəbə 2 il imtahansız qəbul ola biləcəklər Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək Sabahın hava məlumatı Avroliqanın final oyunu ilə əlaqədar banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək Gürcüstanla sərhəd məsələsi iki gün müzakirə olunacaq
Nazirlər Kabineti: Ağsu dolayından keçən yolda tunel tikilməsi planlaşdırılır

Yolun texniki iqtisadi əsaslandırılması hesabatının son versiyası hazırlanır

Ağsu dolaylarında yolun əsaslı təmir edilməsi ilə bağlı Azərbaycan Hökuməti və Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında bağlanmış “Azərbaycan Magistral Avtomobil yolu” layihəsi üzrə Borc Sazişi və Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış Kredit Sazişi çərçivəsində “Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı-Ağsu hissəsi üzrə alternativ yol oxunun seçimi və texniki-iqtisadi əsaslandırma”nın hazırlanması nəzərdə tutulur

ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Sənəddə qeyd edilir ki, alternativ yol oxunun seçilməsi və texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması üçün beynəlxalq rəqabətli tender keçirilib və İtaliyanın “NET Engineering S.p.A” məsləhətçi şirkəti ilə müqavilə imzalanıb. Mürəkkəb geoloji quruluşa və coğrafi mövqeyə malik ərazidə kifayət qədər dərin şəraitdə tunelin tikilməsi şərti ilə həyata keçirilməsi nəzərdə tutulan yolun texniki iqtisadi əsaslandırılması hesabatının son versiyası hazırlanır

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio