USD - 1.7 EUR - 1.9288 RUB - 0.0264 TRY - 0.311 DAHA ÇOX
SON DƏQİQƏ
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki Azərbaycanda Novruz bayramı qeyd olunur “OYAN” jurnalının təqdimatı oldu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi yaradılıb Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırılıb
Yol polisindən Beynəlxalq Qadınlar Günündə maraqlı reyd

Hər il olduğu kimi, bu il də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə maraqlı reyd keçirib.

ASAN Radio xəbər verir ki, “Nümunəvi qadın sürücü” devizi altında keçirilən ənənəvi aksiya çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmayan xanım sürücülərə müxtəlif hədiyyələr təqdim edilir.

BŞDYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov jurnalistlərə bildirib ki, nümunəvi xanım sürücülərə avtomobili pulsuz yumaq, restoranda iki nəfərlik şam etmək, yanacaq doldurmaq üçün kuponlar təqdim edilir, həmçinin onlar pulsuz sığorta, telefon danışıq kartları, qida və kosmetik məhsullar, qablar və güllərlə mükafatlandırılırlar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio