USD - 1.7 EUR - 1.9288 RUB - 0.0264 TRY - 0.311 DAHA ÇOX
SON DƏQİQƏ
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki Azərbaycanda Novruz bayramı qeyd olunur “OYAN” jurnalının təqdimatı oldu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi yaradılıb Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırılıb
“ASAN Həyat” Bahar Festivalı sabah Şəkidə keçiriləcək

 Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə “ASAN Həyat” Bahar Festivalı martın 10-da Şəkidə keçiriləcək. Festival sabah saat 15:00-da Şəki "ASAN Həyat" kompleksində başlayacaq

ASAN Radio xəbər verir ki, festival çərçivəsində milli personajların iştirakı ilə Novruz tamaşaları, pəhlivan və kəndirbaz oyunları, milli ornomentlərin sərgisi, idmançıların çıxışları, müxtəlif konsert proqramları təşkil olunacaq, konsertdə Gülüstan Əliyeva, Zenfira İbrahimova, Yaşar Cəlilov və digər məşhur ifaçılar mahnılar səsləndirəcəklər. 

Festival ərzində yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkası həyata keçiriləcək. Həmçinin “ABAD” publik hüquqi şəxsin “ABAD Gastro Village” layihəsi çərçivəsində Food trucklər (təkərli qoşqular) nümayiş olunacaq . Bu trucklərdə “ABAD” məhsullarından hazırlanmış fast foodların satışı həyata keçiriləcək.

Festivalın əsas məqsədi xalqmızın qədim dəyərlərindən olan Novruz bayramının adət-ənənələrini yaşatmaq, onları gələcək nəsillərə ötürmək, regionların sosial mədəni həyatına, bayram əhval ruhiyyəsinin artırılmasına töhfə vermək və asudə vaxtın səmərəli təşkilini təmin etməkdir. Həmçinin Novruz bayramı qeyd olunan ölkələrin festivalda iştirakını təmin etməklə ölkəmizlə bu dövlətlər arasında olan mədəni əlaqələrin inkişaf etdirilməsi proiritetdir.

Təşkil olunan tədbirlərdə ölkəmizdə akreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edəcəklər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio