Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Özbəkistanın “Turizmin təlim-konsaltinq mərkəzi”-nin direktoru Yelena Golişevanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
ASAN Radio bildirir ki, görüşdə həmçinin AZTA-nın bələdçi komitəsinin sədri Samirə Quliyeva da iştirak edib.
Özbəkistan nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədi qarşılıqlı məlumat mübadiləsinin aparılması, hər iki ölkədə təşkil olunan bələdçı təlimlərinin metodikası, proqramları və cədvəlləri ilə qarşılıqlı tanışlıq, eləcə də birgə təlimlərin keçirilməsi barədə razılığın əldə olunmasıdır.
Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Özbəkistanın “Turizmin təlim-konsaltinq mərkəzi” hər iki ölkədə peşəkar bələdçilərin hazırlanması, eləcə də beynəlxalq statuslu bələdçilərin barədə razılığa gəliblər.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!