USD - 1.7 EUR - 1.897 RUB - 0.0264 TRY - 0.2815 DAHA ÇOX
SON DƏQİQƏ
Bu şəxslər 11-ci sinfi bitirdikdən sonra ali məktəbə 2 il imtahansız qəbul ola biləcəklər Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək Sabahın hava məlumatı Avroliqanın final oyunu ilə əlaqədar banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək Gürcüstanla sərhəd məsələsi iki gün müzakirə olunacaq
“Eşq və Ölüm” nümayiş ediləcək

Martın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti, professor, diplomat, tanınmış ictimai xadim Polad Bülbüloğlunun “Eşq və Ölüm” baleti təqdim ediləcək.

Teatrın mətbuat xidmətindən ASAN Radioya bildirilib ki, balet “Dədə Qorqud” dastanının motivləri əsasında qələmə alınmış səhnə əsəridir. Balet həyat və ölüm, məhəbbət və nifrət, dostluq və xəyanət kimi əbədi mövzulara toxunur, ölməz məhəbbət və qəhrəmanların igidliyi qarşısında ölümün acizliyini vəsf edir.

Səhnə əsəri ilk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru Vəkil Usmanov tərəfindən səhnəyə qoyulub. 2010-cu ildə “Eşq və Ölüm” rusiyalı xoreoqraf - Rusiyanın Əməkdar incəsənət xadimi Nadejda Malıgina tərəfindən Yekaterinburq Dövlət Opera və Balet Teatrında oynanılıb. Balet həmin quruluşla 2011-ci ildə Rusiya Akademik Böyük Teatrında və Türkiyənin paytaxtı Ankarada nümayiş edilib. Balet teatrda 2015-ci ildə Nadejda Malıgina tərəfindən P.Bülbüloğlunun 70 illik yubileyi münasibətilə səhnəyə qoyulub. Baletin quruluşçu rəssamı rusiyalı teatr rəssamı Dmitri Çerbadji, dirijoru Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyevdir.

Əsas rollarda Cəmilə Kərimova (Baycan), Anar Mikayılov (Azər), Nigar İbrahimova (Ölüm), Samir Səmədov (Məlik xan), Gülağası Mirzəyev (Qazan xan) və digərləri çıxış edəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio