USD - 1.7 EUR - 1.897 RUB - 0.0264 TRY - 0.2815 DAHA ÇOX
SON DƏQİQƏ
Bu şəxslər 11-ci sinfi bitirdikdən sonra ali məktəbə 2 il imtahansız qəbul ola biləcəklər Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək Sabahın hava məlumatı Avroliqanın final oyunu ilə əlaqədar banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək Gürcüstanla sərhəd məsələsi iki gün müzakirə olunacaq
Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyanın Baş nazirinin müavini ilə görüşü olub

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniyanın Baş nazirinin müavini xanım Ana Birçalla görüşü olub.

ASAN Radio xəbər verir ki, xanım Ana Birçal Rumıniya Prezidentinin və Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdıraraq bildirdi ki, bu görüş ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı üçün yeni imkanlar və fürsətlər yaradır. O qeyd etdi ki, bu il Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlığın qurulmasının 10 illiyi qeyd olunur.

Dövlətimizin başçısı, öz növbəsində, onun salamlarının Rumıniyanın Prezidentinə və Baş nazirinə çatdırılmasını xahiş etdi. Prezident İlham Əliyev qeyd etdi ki, xanım Ana Birçalın Azərbaycan ilə Rumıniya arasında əlaqələrin inkişafına verdiyi şəxsi töhfələr və dəstək ölkəmizdə yüksək qiymətləndirilir. Dövlətimizin başçısı dedi ki, ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə də iqtisadi-ticari əməkdaşlığın təşviqi üçün böyük imkanlar var.

Ana Birçal bildirdi ki, keçən il hökumətlərarası müştərək komissiyanın iclası çox məhsuldar olub və bu komissiya ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı baxımından da mühüm rol oyanır.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinə toxunuldu və ölkələrimizin bir-birini dəstəkləməsi yüksək qiymətləndirildi. Həmçinin bu günlərdə Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyi və burada da nəqliyyat sahəsinin inkişaf etdirilməsinin vacib məsələ olduğu qeyd edildi.

Dövlətimizin başçısı Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında Rumıniyanın iştirakı məsələsinə də toxundu.

Ana Birçal Rumıniyanın Avropa İttifaqı Şurasına sədrlik etdiyi dövrdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişlənməsini yaxından dəstəklədiyini bildirdi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio