USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ASAN məktub” layihəsi çərçivəsində Bərdədə uşaqlara hədiyyələr təqdim edilib

Azərbaycanın qədim milli bayramı olan Novruz bayramı ərəfəsində uşaqlara sevinc yaşatmaq, onların çöhrəsinə sevinc, üzlərinin gülməsinə səbəb olmaq üçün 60 nəfərə yaxın cəbhəyanı ərazilərdə yaşayan, köçkün və aztəminatlı ailələrdən olan balacaların bir müddət əvvəl öz istəkləri ilə yazdıqları məktublar xeyriyyəçi vətəndaşlar tərəfindən öhdəçiliyə götürülüb və alınmış hədiyyələr “ASAN Məktub” komandası tərəfindən Bərdə şəhərində təşkil edilmiş bayram şənliyində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşlarının iştirakı ilə kiçik sahiblərinə çatdırılıb.

Bu barədə Azərtac-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

“ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətdə qayğı hissini daha da artırmaqdır. Layihə çərçivəsində bu dəfə aztəminatlı, çoxuşaqlı ailələrdən olan, tək valideynli 4-14 yaşlı 105 uşağa məktub yazdırılıb.

“ASAN Məktub” layihəsində iştirak edən hər bir balacanın uşaqlıq arzuları var. Kimisi müharibəsiz sakit bir dünyada öz ailəsi ilə yaşamaq, kimisi rəngli işıqları olan velosiped sürmək, kimisi uzun qara saçlı, qırmızı donlu gəlinciklə oynamaq, kimisi “hörümçək adam”ın paltarını geymək və yaşıdlarına kömək etmək, kimisi idman paltarı geyib döyüşmək və qalib gəlmək arzusunda olur. Bəzən kimsəsiz olduğundan, bəzən ailənin maddi imkanından asılı olaraq uşaqların hamısının arzuları reallaşmır, gerçəkləşmir və uşaqlıq arzusu olaraq qalır. Uşaqların arzularının həyata keçirilməsinə dəstək vermək, onlara sevinc bəxş etmək hər bir insanın mənəvi borcudur.

Layihədən bəhrələnən uşaqlar və onların valideynləri hədiyyələrə xüsusilə uşaqlara sevinc hissi yaşatdıqlarına görə əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!