USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
S.Zurabişvili: Bizim ölkədə azərbaycanlılar və gürcülər, eləcə də digər millətlər tolerant yaşamalıdırlar

Gürcüstanın Kvemo Kartli bölgəsi çoxmillətli bölgədir. Bu bölgədə yaşayan milli azlıqların cəmiyyətə inteqrasiyası çox vacibdir. Bunun üçün onlar dövlət dilini bilməli və biz onların gürcü dilini öyrənmələri üsullarını asanlaşdırmalıyıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili martın 19-da azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonuna səfəri çərçivəsində keçirdiyi görüşdə söyləyib. Dövlət başçısı deyib ki, Marneulidə gürcülərin, azərbaycanlıların və digər millətlərin birgə yaşaması faktı Qafqazın ümumi dəyəri olan bu ölkədə sülh, qarşılıqlı anlaşma, hörmət və tolerantlığın nümunəsidir.

Məlumat üçün qeyd edək ki, prezident seçildikdən sonra bölgəyə ilk dəfə səfər edən Salome Zurabişvili Marneuli meriyasında Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, merin vəzifələrini müvəqqəti icra edən Zaur Tabatadze, bələdiyyə sədri Amiran Giorgaze və yerli bələdiyyənin digər məsul şəxsləri ilə görüşüb.

Ölkə başçısı Marneulidəki Zurab Jvania adına gürcü dili tədris mərkəzinə baş çəkib və oradakı tələbələrin dərsləri ilə yaxından tanış olub. Prezident tələbələrlə söhbəti zamanı Kvemo Kartli bölgəsinin böyük potensiala malik olduğunu deyib.

Sonra Prezident Marneuli rayonunun Tamarisi kəndindəki 1 nömrəli məktəbin müəllim və şagirdləri ilə görüşüb. O, şagirdlərə müraciət edərək gürcü dilinin əhəmiyyətindən danışıb. Bildirib ki, bütün şagirdlər gürcü dilini mükəmməl səviyyədə bilməlidirlər. Burada azərbaycanlılar və gürcülər, eləcə də digər millətlər tolerant yaşamalıdır. Bu gün tolerantlığı bir dəyər kimi qorumaq çox vacibdir.

Sonra Gürcüstan Prezidenti Bolnisi rayonuna gedib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!