USD - 1.7 EUR - 1.9105 RUB - 0.0266 TRY - 0.2915 DAHA ÇOX
SON DƏQİQƏ
Təcili tibbi yardım “Formula 1”-lə bağlı gücləndirilmiş iş rejiminə keçir Formula 1 Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib Azərbaycan Burundi qaçqınlarına yardım edib Prezident İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskini təbrik edib Bakı Ağ Şəhər layihəsi çərçivəsində 80 metr enində yeni prospekt layihələndirilir
“OYAN” jurnalının təqdimatı oldu

Bu gün Bakı Kitab Mərkəzinin “Novruzum" adlı rəsm və nağıl müsabiqəsində iştirak edən uşaqların əsərlərindən ibarət sərgi və qaliblərin mükafatlandırılması baş tutdu.

Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri müsabiqənin nəticələrini açıqlayıb, qalibləri təbrik edib onlara Bakı Kitab Mərkəzi adından diplomlar və hədiyyələr təqdim etdi. 

Həmçinin, müsabiqədə iştirak edən müxtəlif incəsənət dərnəkləri və BKM ilə fəal əməkdaşlıq edənlər də diplomlarla və Antaris Express şirkətindən hədiyyələrlə mükafatlandırıldılar.

Sərgidə uşaqların sulu boya, quaş və karandaşlarla çəkdikləri Novruz bayramına həsr olunmuş, baharı tərənnüm edən, milli adət-ənənələrimizi əks etdirən 250-dən çox rəsm əsəri nümayiş olundu. 

Tədbiri “Səma” rəqs ansamblının ifasında milli rəqs açdı.

Tamaşaçılara, həmçinin, Bakı Kitab Mərkəzinin yeni nəşri, “OYAN” jurnalı təqdim olundu. Uşaqların həyat və atraf mühit haqqında biliklərinin genişləndirmasina və asudə vaxtlarını səmərəli keçirmələrinə kömək edəcək. 

32 səhifəlik jurnalda balaca oxucular üçün “Oyan, öyrənək!”, “Oyan, əylənək!”, “Oyan, oxuyaq!”, “Oyan, tapaq!” və s. kimi maraqlı rubrikalar var. Burada maraqlı məqalələr, nağıllarla yanaşı, tapmacalar və oyunlar da yer alıb. 

Qeyd edək ki, OYAN jurnalını Bakı Kitab Mərkəzində və şəhərimizin marketlərində əldə edilə bilərsiniz.

Biz “Novruzum" adlı rəsm və nağıl müsabiqələrində iştirak edən hər kəsə minnətdarlığımızı bildirir və xalqımızı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirik!

ASAN Radio yeni layihəyə media dəstəyi verir. Ümumiyyətlə, radiomuz Bakı Kitab Mərkəzi ilə əməkdaşlıq edir, birgə layihələr həyata keçirir və informasiya dəstəyi göstərir. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio