USD - 1.7 EUR - 1.9162 RUB - 0.0269 TRY - 0.2968 DAHA ÇOX
SON DƏQİQƏ
Xarici valyutaların manata qarşı məzənnələri Keşikçidağda insident törədən gürcülərlə bağlı Gürcüstanın ölkəmizdəki səfiri XİN-ə çağırılıb DSX: “Keçikçi qala”da Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib 16 iyulda gözlənilən hava şəraiti Baş Prokurorluq: Xan çinarının budaqlarının qırılmasına əlverişsiz hava şəraiti səbəb olub
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Nyu-Yorka səfər edib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında səfərdədir.

ASAN Radio xəbər verir ki, səfərin məqsədi BMT-nin Dövlət İdarəetməsi üzrə Ekspertlər Komitəsinin (CEPA) Nyu-York şəhərində keçirilən 18-ci sessiyasında iştirakdır.

9 aprel tarixində BMT-nin Davamlı İnkişaf Məqsədlərindən 16-cı məqsədə üzv dövlətlərdə nail olunmasının uğurlu təcrübələrinə həsr olunmuş iclas keçirilib. İclasda Azərbaycan, Xorvatiya, Çili, İndoneziya, İslandiya, Uruquvay, Qvatemala və digər dövlətlərin müvafiq sahədə həyata keçirdiyi tədbirlərə dair çıxışlar dinlənilib.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət islahatlarının tərkib hissəsi olaraq “ASAN xidmət”in yaradılmasından, mərkəzlərdə xidmətin keyfiyyətinin ölçülməsi, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində aparılan fəaliyyətdən və Davamlı İnkişaf Məqsədlərinə uyğun olan təcrübədən bəhs edib. Həmçinin “ASAN xidmət”in uğurlu təcrübəsinin bir çox dövlətlərdə tətbiqi, həmin dövlətlərin nümayəndələri üçün təlimlərin təşkil olunduğu diqqətə çatdırılıb.

İclas CEPA ekspertlərinin sualları və şərhləri əsasında interaktiv dialoq formasında davam etdirilib.

Səfər çərçivəsində Dövlət Agentliyinin sədri ilə BMT baş katibinin müavini Lui Zenmin arasında keçirilən görüşdə “ASAN xidmət”in keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu, bu təcrübənin maraqlı ölkələrdə tətbiqi üzrə uğurlu beynəlxalq əməkdaşlıq barədə məlumat verilib. Cari ilin iyun ayında Bakıda keçiriləcək BMT Dövlət Xidmətləri Forumuna hazırlıq məsələləri müzakirə olunub, öz növbəsində BMT baş katibinin müavini müvafiq tədbirdə iştirak edəcəyini qeyd edib.

BMT-nin İnkişaf Proqramının (UNDP) rəhbəri Axim Ştayner ilə təşkil olunan görüşdə ikitərəfli əməkdaşlığın davam etdirilməsindən, gələcək əməkdaşlıq perspektivlərindən, UNDP-nin “ASAN xidmət”in beynəlxalq fəaliyyətinə dəstəyindən danışılmışdır. Habelə konkret təkliflər əsasında müzakirələrin davam etdirilməsi və yekunlar üzrə addımların atılması barədə razılıq əldə olunub.

Səfər zamanı BMT-nin İqtisadi və Sosial Məsələlər İdarəsinin Dövlət təsisatları və rəqəmsal hökumət sektorunun rəhbəri Juvanq Zu ilə baş tutmuş görüşdə BMT Dövlət Xidmətləri Forumunun keçirilməsi ilə bağlı hazırlıqlar, təşkilati məsələlər, o cümlədən substantiv məqamlar müzakirələr edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio