USD - 1.7 EUR - 1.9162 RUB - 0.0269 TRY - 0.2968 DAHA ÇOX
SON DƏQİQƏ
Xarici valyutaların manata qarşı məzənnələri Keşikçidağda insident törədən gürcülərlə bağlı Gürcüstanın ölkəmizdəki səfiri XİN-ə çağırılıb DSX: “Keçikçi qala”da Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib 16 iyulda gözlənilən hava şəraiti Baş Prokurorluq: Xan çinarının budaqlarının qırılmasına əlverişsiz hava şəraiti səbəb olub
On milyonuncu vətəndaşın doğum haqqında şəhadətnaməsi valideynlərinə təqdim olunub

Bu il aprelin 6-da respublikamızın on milyonuncu vətəndaşının dünyaya gəlməsi ilə Azərbaycan demoqrafik inkişaf baxımından nəinki keçmiş sovet ittifaqı dövlətləri, həmçinin bir çox Avropa ölkələri arasında liderə çevrilib.

Bu əlamətdar hadisə münasibətilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan xalqını və körpənin valideynlərini təbrik edərək xeyir-dua veriblər.

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, aprelin 10-da körpənin valideynləri Rauf Həsənov və Nigar Ocaqova Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə gələrək ilk övladlarının adını məhz Mehriban xanım Əliyevanın şərəfinə Mehriban adlandırdıqlarını bildiriblər.

Valideynlər Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın analara və uşaqlara daim həssaslıqla yanaşdığını qeyd edib, onlara göstərilən qayğıya görə dövlətimizin başçısına və xanımına minnətdarlıqlarını ifadə ediblər.

Qeydiyyat şöbəsinin rəisi Səadət İsmayılova on milyonuncu vətəndaşımız Mehriban Həsənovanın doğum haqqında şəhadətnaməsini təntənəli surətdə valideynlərinə təqdim edib.

Sonda valideynlər təbrik edilib, onlara xatirə hədiyyəsi təqdim olunub, övladlarına uzun ömür və uğurlu gələcək arzulanıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio