USD - 1.7 EUR - 1.9162 RUB - 0.0269 TRY - 0.2968 DAHA ÇOX
SON DƏQİQƏ
Xarici valyutaların manata qarşı məzənnələri Keşikçidağda insident törədən gürcülərlə bağlı Gürcüstanın ölkəmizdəki səfiri XİN-ə çağırılıb DSX: “Keçikçi qala”da Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib 16 iyulda gözlənilən hava şəraiti Baş Prokurorluq: Xan çinarının budaqlarının qırılmasına əlverişsiz hava şəraiti səbəb olub
"Prezident və Birinci vitse-prezident məktəblinin intiharının araşdırılmasını tapşırıb" - Hicran Hüseynova

"Bakı şəhəri, 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar etməsi ilə bağlı məsələ Prezident və vitse-prezidentin nəzarətindədi. Bununla bağlı xüsusi tapşırıqlar verilib."

ASAN Radio xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib:

"Bu məsələni kampaniyalaşdırmağa ehtiyac yoxdur, fakt hərtərəfli araşdırılır. Burada söhbət məktəblinin və ailəsinin hüquqlarından gedir. Baş verən hadisə ilə bağlı indidən kimisə günahlandırmaq düzgün deyil. Azərbaycan demokratik dövlətdir. Azərbaycanda təbii ki, söz azadlığı var. Amma hadisə ilə bağlı düzgün olmayan məlumatları yaymaq hüquqları pozmaq deməkdir. Biz Azərbaycanda intihar hallarının azaldılması ilə bağlı Təhsil Nazirliyi ilə birlikdə maarifləndirici tədbirlər keçiririk. Necə olur ki, intihar həddinə çatan 8-ci sinif şagirdi ailəsindən dəstək almayıb? Düzdür, mən bu məsələdə heç kimi günahlandırmaq istəmirəm. Bu, istintaq araşdırmalarından sonra məlum olacaq. Bu cür məsələlərdə təkcə məktəbin, müəllimin deyil, valideynlərin də məsuliyyəti var", - H.Hüseynova bildirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio