Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə nazirliyin sosial müəssisələrinin sakinlərinin, əsasən də sağlamlıq imkanları məhdud uşaq və gənclərin əl işlərindən ibarət “Bahar sevincləri” adlı sərgisi və konsert proqramı təşkil olunub.
ASAN Radio xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri iştirak edib.
S.Babayev bu cür sərgilərin nazirlik tərəfindən son bir il ərzində artıq 3-cü dəfədir ki, keçirildiyini bildirib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaq və gənclərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılması istiqamətində tədbirlərin ildən-ilə genişləndirildiyini vurğulayıb.
Nazir deyib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu sahəyə xüsusi dəstək göstərir, fond həssas qruplardan olan insanların qayğı və reabilitasiya tədbirləri ilə əhatə olunmasında yaxından iştirak edir.
S.Babayev nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraitinin yaradılmasının da Heydər Əliyev Fondunun müvafiq proqramı çərçivəsində reallaşdığını diqqətə çatdırıb.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən sosial müəssisə sakinləri, ictimai birliklər, nazirliyin maliyyə dəstəyi göstərdiyi və himayəsində olan inklüziv teatr və yaradıcılıq birlikləri öz yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər.
Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin əl işlərindən ibarət sərgiyə baxıb.
Əl işlərinin müəllifləri ilə söhbət edən Leyla Əliyeva onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra konsert proqramı təqdim edilib. Gözdən əlilliyi olan şəxslər Gülnar Rəhimova, Seymur Əliyev və Gülnar Novruzova mahnılar ifa edib, sağlamlıq imkanları məhdud uşaqlardan, eləcə də daun və autizm sindromlu, eşitmə qüsurlu uşaqlardan, əlilliyi olan şəxslərdən, hemofiliyalı uşaqlardan ibarət rəqs qruplarının çıxışları olub.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!