USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Zelenskinin Azərbaycan macəraları - Fotolar

Məşhur şoumen Vladimir Zelenskinin Ukrayna prezidenti seçilməsi onun ölkəmizdə səfərdə olan zaman çəkdirdiyi fotoları da sosial şəbəkələrdə gündəmə gətirib. 

“Qafqazinfo” xəbər verir ki, Zelenski Azərbaycanda iki dəfə səfərə gəlib. Onlardan biri 2017-ci ildə tanışlıq xarakterli, ikincisi isə yanvarda qastrol məqsədilə olub. Belə ki, Qəbələdə keçirilən 12-ci Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalının musiqili qonaqlarından olan Vladimir Zelenski öz komandası ilə tamaşaçıların qarşısına çıxıb.

Festival çərçivəsində təəssüratlarını bölüşən şoumen Qəbələnin gözəl təbiəti olduğunu və oranı çox sevdiyini bildirib. Qəbələdən sonra Bakıda da “Kvartal-95” yumor qrupunun üzvləri ilə birgə konsertlə çıxış etmək istədiyini bildirən Vladimir Zelenski Azərbaycanda komediya janrında film çəkmək arzusunun olduğunu da söyləyib.

 

Bundan başqa, qonaq milli mətbəximizin təamlarını dadıb, ölkənin Heydər Əliyev Mərkəzi, Qobustan kimi bir çox görməli yerlərinə baş çəkib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!