USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakı Ağ Şəhər layihəsi çərçivəsində 80 metr enində yeni prospekt layihələndirilir

“Ağ Şəhər layihəsi Yol İnfrastrukturunun strateji inkişaf planı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı Ağ Şəhərin şərqində yeni prospekt layihələndirilir.

ASAN Radio-nun məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin 5 iyun 2012-ci il tarixli 227 saylı sərəncamına əsaslanan bu layihənin həyata keçirilməsi paytaxtın mərkəzinin yüklənməsinin qarşısının alınması, Ağ Şəhər infrastruktunun mükəmməlləşdirilməsi və ümumilikdə şəhərin nəqliyyat strukturunun əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını nəzərdə tutulur.

Eni 80 metr olan prospekt paytaxtın mühüm nəqliyyat arteriyaları olan Nobel, Babək, Heydər Əliyev və Ziya Bünyadov prospektlərini, eləcə də gələcəkdə inşa olunması planlaşdırılan yeni Bulvar yolunu birləşdirərək bu növ ilk prospekt olacaq.

Layihələndirilən yeni yolda Nobel və Babək prospektlərinin kəsişmələrində müxtəlif səviyyəli yol qovşaqlarının tikintisi nəzərdə tutulur. Bakı Ağ Şəhərin Olimpiya məhəlləsindən başlayan bu prospekt boyunca geniş yaşıllaşdırılmış piyada səkiləri və velosiped zolaqları layihənin ümumi konsepsiyasına uyğun olaraq planlaşdırılıb. Sakinlərin alternativ nəqliyyat vasitələrindən rahat istifadəsi üçün sözügedən yolda inşası nəzərdə tutulmuş “Ağ Şəhər-2” metro stansiyasına, yeraltı piyada yollarına, eləcə də taksi və avtobus dayanacaqlarına keçidlər nəzərdə tutulub.

Bu yolla hava limanından gələn nəqliyyat vasitələri şəhərin mərkəzinə daxil olmadan Koroğlu və “ASK Arena” (keçmiş “Şəfa”) stadionu yaxınlığındakı yol qovşaqlarından Ağ Şəhərə əlavə və rahat keçid alacaq.

Hazırda Nobel prospekti boyunca Zığ şosesinə qədər olan ərazilərin Ağ Şəhər layihəsi ilə uzlaşdırılması işləri Ağ Şəhər mütəxəssisləri ilə birlikdə Böyük Britaniyanın “Atkins Global” şirkəti tərəfindən aparılır. Bu işlərin aparılmasına bir çox ölkələrdən təcrübəli məsləhətçi şirkətlər də cəlb olunub.

Dayanıqlı və ağıllı şəhər prinsiplərinə əsasən aparılan işlər çərçivəsində yol boyu 20 metr enində yaşıllıq zolağı, piyada səkiləri, velosiped zolaqları, avtobus və taksi dayanacaqları, şərti adı Y-15 (Ağ Şəhər-2) olan metro stansiyasına çıxış, ictimai parkinqlər, geriyə dönmələr, həmçinin gələcək Bulvar yolu və bulvar zolağına rahat çıxışlar nəzərdə tutulub.

Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində həyata keçirilir. Bu layihə ekoloji yönümlülüyü, davamlılığı və bütövlüyü ilə seçilərək beynəlxalq professionallar tərəfindən ən irimiqyaslı şəhərsalma layihələrindən kimi qəbul olunmuşdur.

Ağ Şəhər layihəsi müxtəlif beynəlxalq müsabiqələrdə “Ən yaxşı şəhərsalma layihəsi” nominasiyasında mükafatlara layiq görülüb.

Ağ Şəhərin təhvil verilmiş məhəllələrində artıq minlərlə sakin keyfiyyətli və müasir şəhər mühitində yaşayır. Burada artıq layihələndirilən və tikilmiş binalar, parklar və digər ictimai yerlər Bakı şəhərinin gözəl memarlıq simasına öz töhfəsini verməkdədir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!