USD - 1.7 EUR - 1.9008 RUB - 0.0262 TRY - 0.2779 DAHA ÇOX
SON DƏQİQƏ
UEFA Avropa Liqasının finalına bileti olanlar avtobuslardan pulsuz istifadə edəcəklər Leyla Abdullayeva CNN kanalının Avropa Liqasının final oyunu ilə bağlı sualını cavablandırıb Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir” Mədət Quliyev: Ola bilsin, onu mən indi burada durduğum yerdə qətlə yetiriblər Növbəti üç gün üçün hava proqnozu açıqlanıb
Rayonlarda da DOST mərkəzləri yaradılacaq

"Bir il ərzində Bakı şəhərində daha 3 DOST mərkəzinin açılması nəzərdə tutulur".

ASAN Radio xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, növbəti ildən başlayaraq Azərbaycanın regionlarında da DOST mərkəzləri şəbəkəsi yaradılacaq. 

Nazir qeyd edib ki, ümumilikdə 31 A və B kateqoriyalı mərkəzlərin yaradılması nəzərdə tutulub. 

"Bu kateqoriyalar əhali sayına görə müəyyən edilir. Əhali sayı 200 mindən çox olan ərazilərimiz üçün A kateqoriya, 100-200 min arası olan regionlarımız üçün B kateqoriya və aşağı düşərək bu kateqoriyalar davam edir. Ən azı 31 A və B kateqoriyalı mərkəz yaradacağıq. Əhali sayı az olan, ərazi baxımından mərkəzlərdən uzaq qalan ərazilər üçün də müəyyən məntəqələr yaradılacaq. Onlara səyyar xidmət də göstəriləcək". 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio