USD - 1.7 EUR - 1.9008 RUB - 0.0262 TRY - 0.2779 DAHA ÇOX
SON DƏQİQƏ
UEFA Avropa Liqasının finalına bileti olanlar avtobuslardan pulsuz istifadə edəcəklər Leyla Abdullayeva CNN kanalının Avropa Liqasının final oyunu ilə bağlı sualını cavablandırıb Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir” Mədət Quliyev: Ola bilsin, onu mən indi burada durduğum yerdə qətlə yetiriblər Növbəti üç gün üçün hava proqnozu açıqlanıb
Beynəlxalq Muğam Mərkəzində "Muğam-2019" Televiziya Müsabiqəsinin doqquzuncu həftəsi başa çatdı

Mayın 7-də və 9-da Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin iştirakı ilə  keçirilən "Muğam - 2019"  VII Televiziya Muğam Müsabiqəsinin  doqquzuncu turu tamamlandı.

Bütün zamanlarda təravətini qoruyub saxlayan və dünya miqyasında şöhrət tapan Azərbaycan muğamı yeni inkişaf dövrünü yaşayır.

Ustad sənətkarlarla yanaşı, yeni ifaçılar nəsli də öz sözünü deyir. İndi onların da sədası böyük səhnələrdən gəlir və gənclərimiz Azərbaycanın musiqi mədəniyyətini həm yurdumuzda, həm də xarici ölkələrdə layiqincə təmsil edirlər.

İlk dəfə 2005-ci ildə keçirilmiş  həm ölkəmizdə, həm də onun hüdudlarından  kənarda rəğbətlə qarşılanan Muğam Televiziya Müsabiqələrinin laureatları arasında elə xanəndələr var ki, indi onlar özləri muğam sənətini tədris edir, biliklərini və sənət vərdişlərini yeni nəslə ötürürlər.

Müsabiqənin münsifləri xalq artistləri Əlibaba Məmmədov,  Arif Babayev, Səkinə İsmayılova,  Mənsum İbrahimov, Mələkxanım Əyyubova,  Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi,  Muğam Televiziya Müsabiqəsi layihəsinin icraçısı İlqar Fəhmidir. Doqquzuncu turun mövzusu XIX əsrin görkəmli şairi və maarifçisi Seyid Əzim Şirvaninin qəzəlləri idi.  

Müsabiqə proqramları başlamazdan əvvəl görkəmli   sənətkarlar  Xalq artisti Qəndab Quliyeva  və Ağababa Novruzovun ifasında Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılan lent yazıları dinlənilmişdi.

Müsabiqə iştirakçılarını müşayiət edirdilər:  tarda Rəşad İbrahimov  və  Rüstəm Müslümov, kamançada Təbriz Yusubov  və  Elnur Salahov, balabanda Adil Müslümov, nağarada Səyavuş Kərimov, qanunda Aysu Sadıqova, udda İdris Hüseynov. 

Doqquzuncu turun nəticələrinə görə - Hüseyn Səba, Zülfiyyə Cəbrayılzadə, Xəyal Hüseynov, İlahə Rüstəmova, Vəliş Mirzəyev, Türkanə Nəcəfova,  Rəvan Qoçayev, Suma Tapdıqova və Murad Rüstəmzadə 63 bal;  Faiq Əkbərov və Nəcibə Məmmədova  62 bal;  Qələm Qocamanova 57 bal topladılar.

Müsabiqənin şərtlərinə görə  ən az bal toplayan iştirakçı Qələm Qocamanova  yarışmanı tərk etdi. Beləliklə, yarışmanı 11 iştirakçı davam edir.

Müsabiqənin onuncu turu may  ayının  14-də və 16-da  ölkəmizin regionlarında keçiriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio