USD - 1.7 EUR - 1.9008 RUB - 0.0262 TRY - 0.2779 DAHA ÇOX
SON DƏQİQƏ
UEFA Avropa Liqasının finalına bileti olanlar avtobuslardan pulsuz istifadə edəcəklər Leyla Abdullayeva CNN kanalının Avropa Liqasının final oyunu ilə bağlı sualını cavablandırıb Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir” Mədət Quliyev: Ola bilsin, onu mən indi burada durduğum yerdə qətlə yetiriblər Növbəti üç gün üçün hava proqnozu açıqlanıb
Startapçılarla investorların görüşü keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində akselerasiya proqramını uğurla başa vurmuş startapçılarla görüş - “Demo Day” təşkil olunub.

Bu barədə ASAN Radioya Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Tədbirdə dövlət qurumlarının və özəl şirkətlərin rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi startapların Azərbaycan və beynəlxalq bazarda inkişafına kömək məqsədi ilə intensiv akselerasiya proqramı həyata keçirir.

“Demo Day”də aqro, təhsil, maliyyə, İKT, loqistika, turizm kimi fəaliyyət istiqamətlərini əhatə edən, ümumilikdə 8 startap çıxış edib.

“Mr.Bee”, “Onepoint”, “Nextsale”, “11Delivery”, “Triple”, “Vriendly”, “Whelp” və “Neuroil” komandaları investorlar qarşısında öz təqdimatlarını edib.

Startapçılar çıxışlarında “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində keçdikləri 12 həftəlik akselerasiya proqramı ərzində layihələrin necə inkişaf etdiyi, hazırda layihələrin hansı mərhələdə olduğu, gələcək hədəfləri və zəruri olan investisiya ehtiyacları haqqında məlumat veriblər.

Tədbir çərçivəsində bir sıra şirkətlər məzun startapçılarla maraqlanıb və investisiyaların yatırılması ilə bağlı danışıqlara başlanılıb.

“Demo Day”in keçirilməsində məqsəd maliyyə ehtiyacı olan startaplar və sərmayə qoymaq istəyən investorları bir araya gətirmək və tərəflər arasında sağlam  mühitdə davamlı əlaqələrin qurulmasına dəstək göstərməkdir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio