USD - 1.7 EUR - 1.9008 RUB - 0.0262 TRY - 0.2779 DAHA ÇOX
SON DƏQİQƏ
UEFA Avropa Liqasının finalına bileti olanlar avtobuslardan pulsuz istifadə edəcəklər Leyla Abdullayeva CNN kanalının Avropa Liqasının final oyunu ilə bağlı sualını cavablandırıb Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir” Mədət Quliyev: Ola bilsin, onu mən indi burada durduğum yerdə qətlə yetiriblər Növbəti üç gün üçün hava proqnozu açıqlanıb
Beynəlxalq Muğam Mərkəzində Yusif Həsənbəyin yaradıcılıq gecəsi keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində Yusif Həsənbəyin yaradıcılıq gecəsi keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində 15 may 2019-cu il  saat 19:00-da Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, dramaturq, tərcüməçi Yusif Həsənbəyin yaradıcılıq gecəsi keçiriləcək. 

Gecədə akademik Nizami Cəfərov, filologiya elmləri doktoru Vaqif Yusifli  və şairin sənət dostları onun yaradıcılığı ilə bağlı düşüncələrini bölüşəcək. 

Yusif Həsənbəy vətənimizi, onun gözəlliklərini tərənnüm edən neçə-neçə mahnıların şeir müəllifidir. Bu minvalla o, demək olar ki, ən müqtədir bəstəkarlarımızla çalışıb. Tədbirdə tanınmış və sevilən xanəndələr müəllifin şeirlərinə unudulmaz bəstəkarlar Xalq artistləri Arif Məlikov, Elza İbrahimova, Rauf Hacıyev, Səid Rüstəmov, Ramiz Mirişli, Hacı Xanməmmədov, Cahangir Cahangirov, Nəriman Məmmədov tərəfindən bəstələnmiş  mahnıları təqdim edəcəklər. Həmçinin qiraət ustalarının ifasında şairin şeirlərindən nümunələr səslənəcək. Müəllifin iştirakı ilə baş tutacaq tədbirdə Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovalar, Eldost Bayram, Əməkdar artist Gülüstan Əliyeva  və gənc xanəndələr çıxış edəcəklər. İfaçıları Azərbaycan Televiziya və Radiosunun Əhsən Dadaşov adına xalq çalğı alətləri ansamblı müşayiət edəcək. Gecənin aparıcısı filologiya elmləri üzrə fəlsəfə doktoru, tədqiqatçı Gülhüseyn Kazımlıdır. 

Həftə içi əhvalınıza xoş musiqi ovqatı qatmaq istəyirsinizsə, mütləq Beynəlxalq Muğam Mərkəzinin təqdim etdiyi konsertləri və layihələri izləyin.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio