USD - 1.7 EUR - 1.9008 RUB - 0.0262 TRY - 0.2779 DAHA ÇOX
SON DƏQİQƏ
UEFA Avropa Liqasının finalına bileti olanlar avtobuslardan pulsuz istifadə edəcəklər Leyla Abdullayeva CNN kanalının Avropa Liqasının final oyunu ilə bağlı sualını cavablandırıb Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir” Mədət Quliyev: Ola bilsin, onu mən indi burada durduğum yerdə qətlə yetiriblər Növbəti üç gün üçün hava proqnozu açıqlanıb
“Azərbaycanla imzalanması planlaşdırılan saziş yeni imkanlar açacaq” - Aİ səfiri

“Brüsseldə ikigünlük hadisələr marafonu – “Şərq Tərəfdaşlığı” Proqramının 10 illiyinə həsr olunmuş və dövlət başçılarının, Xarici İşlər nazirlərinin, vətəndaş cəmiyyətlərinin nümayəndələrinin və KİV-in iştirakı ilə keçirilən konfrans və görüşlər başa çatdı. İştirakçıların hamısı bir çox sahələrdə irəliləyişlər olduğunu deyiblər və biz bunu rəqəmlərdə də ifadə edə bilərik”.

Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Kestutis Yankauskas “Şərq Tərəfdaşlığı”nın 10 illik yubileyi münasibətilə Brüsseldə keçirilən tədbirlərin yekunlarını şərh edərkən bildirib. 

“Əməkdaşlığımız nə qədər dərinləşərsə, bir o qədər çox yeni imkanlar və sahələr açılacaq və bu da gələcək işlərə daha yaxşı meyillənməyə yardım edir”, – səfir qeyd edib. 

Onun sözlərinə görə, “Şərq Tərəfdaşlığı” həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığa imkan yaradır: “Konfransın bağlanışında Avropa İttifaqının komissarı Yohannes Hannın qeyd etdiyi kimi, yaxın bir neçə il ərzində yəqin ki, daha çox “Şərq Tərəfdaşlığı” ölkələrinin öz aralarında, o cümlədən ticarət və rəqəmsal iqtisadiyyat sahələrində əlaqələrdən daha çox istifadə etmələrinə diqqət yetirəcəyik. İmkanlar çoxdur”. 

K.Yankauskas vurğulayıb ki, “Şərq Tərəfdaşlığı” Proqramının 10 illiyi münasibətilə keçirilən yüksək səviyyəli konfrans uğurlu keçib və orada gələcək əməkdaşlıqla bağlı gənclər tərəfindən çoxlu təkliflər irəli sürülüb: “Əlbəttə, təhsil bizim prioritetimiz olaraq qalacaq”. 

O diqqətə çatdırıb, Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlər həmçinin Prezident İlham Əliyevin Brüsseldə Avropa Şurasının sədri Donald Tusk ilə görüşündə də müzakirə olunub: “Yeni saziş, həmçinin aviasiya sazişi üzrə hələ qalmış işlər müzakirə edilib. İşi davam etdirməliyik. Ümidvaram ki, bunu ən yaxın zamanda tamamlayacağıq, nə tempimizi, nə də istəyimizi azaltmayacağıq. Çünki onlar (sazişlər) yeni imkanlar açacaq”. (Report) 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio