USD - 1.7 EUR - 1.8856 RUB - 0.0256 TRY - 0.3045 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycan-Gürcüstan sərhədinin razılaşdırılmamış sahələrinə baxış keçiriləcək  “ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur “Relaks”dakı hadisə ilə bağlı rəsmi açıqlama Vilayət Eyvazov əsgərlərlə nahar etdi, tapşırıqlar verdi Bakı Tikiş Evi: “Yeni məktəbli formaları fərqli olacaq”
Prezident İlham Əliyev Çexiya Parlamenti Deputatlar Palatası sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən ASAN Radioya məlumat verilib.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Çex Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd etdi. Çex Respublikası Prezidentinin Azərbaycana səfərini xatırlayan Prezident İlham Əliyev parlamentlərarası əlaqələrin genişlənməsinin də münasibətlərin inkişafına töhfə verdiyini dedi. Dövlətimizin başçısı iqtisadi əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu bildirərək Çex Respublikası Hökuməti üzvlərinin də Azərbaycana uğurlu səfər etdiklərini dedi və iqtisadi, ticarət, investisiya sahələrində əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirdi. Prezident İlham Əliyev Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli keçəcəyinə və əlaqələrimizin möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyi ifadə etdi.

Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçek Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarını dövlətimizin başçısına çatdırdı. Geniş nümayəndə heyəti ilə Azərbaycana səfər etdiklərini deyən Radek Vondraçek Çex Respublikası Parlamentində müxtəlif partiyaları təmsil edən Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyət göstərdiyini diqqətə çatdırdı. O bildirdi ki, Çex Parlament nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədi ölkələrimiz arasında mövcud olan çox yaxşı münasibətlərin daha da inkişaf etdirilməsi işinə töhfə verməkdir. Radek Vondraçek Azərbaycanda müxtəlif sahələrdə aparılan köklü islahatların təqdir edildiyini, Çexiya investorları tərəfindən Azərbaycana böyük maraq göstərildiyini diqqətə çatdırdı.

Görüşdə Azərbaycan Respublikası ilə Çex Respublikası arasında münasibətlərin həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində uğurla inkişaf etdiyi vurğulandı və eyni zamanda, hökumətlərarası birgə komissiyanın işinin fəallaşdırılmasının vacibliyi qeyd olundu.

Dövlətimizin başçısı Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çexiya Prezidentinə çatdırmağı xahiş etdi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio