USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Mədəniyyət xadimlərinə fəxri adlar verilib

Prezident İlham Əliyev mayın 25-də mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

ASAN Radio xəbər verir ki, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Vahid Əziz, Ramiz Rövşən, Musa Yaqub “Xalq şairi”, Kamal Abdulla, Natiq Rəsulzadə, Afaq Məsud “Xalq yazıçısı”, İlqar Muradov, Cavanşir Zeynallı “Xalq artisti”, Vaqif Bayatlı Odər, Elçin Hüseynbəyli, Firuz Mustafa “Əməkdar incəsənət xadimi”, Nadir Xasiyev, Cəmilə Kərimova, Qurban Məsimov, Qasım Nağıyev, Nurbəniz Niftəliyeva, Elmira Süleymanova “Əməkdar artist”, Asim Əliyev, Vaqif Əlixanov, Abbas Güləliyev və Rauf Məmmədov “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüblər.

Ölkə başçısının imzaladığı digər bir Sərəncamla isə 6 nəfər mədəniyyət xadimi “Tərəqqi” medalı ilə təltif edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!