USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
UEFA Avropa Liqasının finalına bileti olanlar avtobuslardan pulsuz istifadə edəcəklər

Bakıda keçiriləcək futbol üzrə UEFA Avropa Liqasının final oyunu zamanı nəqliyyat əməliyyatlarının yerinə yetirilməsi məqsədilə 450-dək avtobusa 12 məntəqədə Bakı Nəqliyyat Agentliyinin (BNA) tam heyəti və özəl daşıyıcaların 62 nəfər dispetçeri cəlb edilib.

ASAN Radio xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, futbol matçını izləməyə gələcək azarkeşlərin daşınması üçün BNA tərəfindən nəqliyyat planı hazırlanıb, plana əsasən, müxtəlif istiqamətlər üzrə marşrutlar müəyyənləşdirilib. Həmçinin Bakı Olimpiya Stadionunun ərazisindəki nəqliyyat terminalının və şəhərin müxtəlif ərazilərində məntəqələrin layihəsi hazırlanıb və bu sahədə müvafiq işlər görülüb.

M.Ağayev qeyd edib ki, hava limanı ərazisində təyyarənin trapından azarkeşlərin gömrük və sərhəd-keçid məntəqələrinə daşınması üçün 40 avtobus ayrılıb.

Futbol üzrə UEFA Avropa Liqasının final oyunu ərəfəsində akkreditasiya olunmuş şəxslər mayın 25-dən 30-dək ictimai nəqliyyatdan, biletli azarkeşlərin isə mayın 28-dən 30-dək kart sistemi ilə işləyən marşrutlardan ödənişsiz istifadə edəcəklər.

Mais Ağayevin sözlərinə görə, eyni zamanda, oyun günü ictimai nəqliyyat gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Çarter reysi ilə ölkəmizə gələcək Arsenal və Çelsi azerkeşlərinin aeroportun "Terminal-1" və "Terminal-2" ərazisindən müvafiq olaraq Bakı Olimpiya Stadionuna və Bakı Nəqliyyat Agentliyinin "Depo-2" ərazisinə təqdim edilən siyahıya uyğun daşınması "AFN transport" şirkəti tərəfindən həyata keçiriləcək və koordinasiya olunacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!