USD - 1.7 EUR - 1.8799 RUB - 0.0265 TRY - 0.2973 DAHA ÇOX
SON DƏQİQƏ
7 ildir bağlı olan yol istifadəyə verildi Mehriban Əliyeva Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının iştirakçılarına müraciət ünvanlayıb Dollar və manatın bugünkü məzənnəsi Tovuz və Tərtərdə qaz olmayacaq Bu gün Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək
Liseylərin V və VII siniflərinə qəbul başlayır 

İyunun 10-dan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərə V sinfə şagirdlərin qəbulu üçün elektron qeydiyyat başlayır.

İdarədən ASAN Radioya verilən məlumata görə, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinə V sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Elektron sənəd qəbulu müvafiq təlimata uyğun aparılacaq və iyunun 19-da başa çatacaq.

Liseylərin V sinfinə cari tədris ilində ümumi təhsil məktəblərinin IV sinfini əla və yaxşı qiymətlərlə bitirən, xüsusi istedadı ilə fərqlənən şagirdlər qəbul edilir. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhəri 258 nömrəli tam orta məktəbdə təşkil ediləcək Alternativ Qeydiyyat Mərkəzinə müraciət edə bilərlər. BŞTİ-nin tabeliyindəki 23 məktəb-lisey və liseyin VII sinfinə (20, 62, 70, 72, 83, 166, 213, 220, 246, 252, 261, 264, 267, 275, 299, 49, MLK, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey, 291 nömrəli Ekologiya Liseyi, Texniki-Humanitar Lisey, 16 nömrəli Texniki-Humanitar Lisey, 287 nömrəli “Zəkalar” Liseyi) sənəd qəbulu isə 10 iyun 2019-cu il tarixdən etibarən müvafiq məktəb-lisey və liseylərdə aparılacaq.

 

Qeydiyyat üçün valideynlər birbaşa övladlarının təhsil almaq istədiyi müəssisəyə müraciət edə bilərlər. BŞTİ-nin tabeliyindəki məktəb-lisey və liseyin VII sinfinə sənəd qəbulu da iyunun 19-da başa çatacaq. Liseylərə və məktəb-liseylərə qəbul müsabiqə yolu ilə həyata keçiriləcək. V siniflər üçün müsabiqənin iyunun 22-də, VII siniflər üçün müsabiqənin isə iyunun 23-də təşkil edilməsi nəzərdə tutulub. Müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio