USD - 1.7 EUR - 1.8799 RUB - 0.0265 TRY - 0.2973 DAHA ÇOX
SON DƏQİQƏ
MN: Azərbaycan tərəfinin təxribat törətməsi yalandır “ABAD” 3 yaşını qeyd edir - VİDEO ABŞ-da “Qarabağ Azərbaycanındır” şüarını daşıyan təyyarələr havaya qaldırılıb - VİDEO 7 ildir bağlı olan yol istifadəyə verildi Mehriban Əliyeva Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan və Rusiya dövlət sərhədindən keçid sürətləndiriləcək

Bu gün Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov Azərbaycanın Rusiya ilə dövlət sərhədində yerləşən "Samur" gömrük-sərhəd buraxılış məntəqəsinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçiriblər.

Dövlət Gömrük Komitəsindən ASAN Radioya verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi, eyni zamanda, ölkəmizin turizm imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi və müvafiq dövlət qurumları tərəfindən Azərbaycan vətəndaşlarının mənafelərinin qorunması barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyi öyrənilib.

"Samur" gömrük-sərhəd buraxılış məntəqəsindəki mövcud vəziyyət, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilib və vəzifəli şəxslərin məruzələri dinlənilib.

Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması, həmçinin Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının daşınması baxımından sərhəd təhlükəsizliyinin təminatı tədbirlərinin gücləndirilməsi ilə yanaşı, sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, o cümlədən dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində gömrük və sərhəd nəzarətinin sürətləndirilməsi və daha səmərəli təşkilinə dair tapşırıq və tövsiyələr verilib.

Sonra Azərbaycanın Rusiya ilə dövlət sərhədində yerləşən "Samur" gömrük-sərhəd buraxılış məntəqəsində aparılan yenidənqurma işlərinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçirilib.

Tikintidə mövcud vəziyyət və görüləcək işlər barədə məlumat verilib. Qeyd edilib ki, yeni körpünün inşasının yaxın vaxtlarda başa çatdırılması planlaşdırılır. Körpünün uzunluğu 325,3 metr, eni 17,3 metrdir. Körpü üç zolaqdan ibarət olacaq.

Yeni körpünün açılması nəqliyyat vasitələrinin sərhəd keçidlərindən daha tez buraxılmasını təmin edəcək ki, bu da gələcəkdə iki ölkə arasında daşımaların həcminin artmasına xidmət göstərəcək. Bu körpü həm də Şimal-Cənub nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində atılan addımlardır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio