USD - 1.7 EUR - 1.8799 RUB - 0.0265 TRY - 0.2973 DAHA ÇOX
SON DƏQİQƏ
“ABAD” 3 yaşını qeyd edir - VİDEO ABŞ-da “Qarabağ Azərbaycanındır” şüarını daşıyan təyyarələr havaya qaldırılıb - VİDEO 7 ildir bağlı olan yol istifadəyə verildi Mehriban Əliyeva Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının iştirakçılarına müraciət ünvanlayıb Dollar və manatın bugünkü məzənnəsi
Prezident “Bakı Ürək Günləri” və Avrasiya Ürək-Damar Cərrahları Cəmiyyətinin konfransının iştirakçılarına müraciət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı Ürək Günləri” VI beynəlxalq konqresinin və Avrasiya Ürək-Damar Cərrahları Cəmiyyətinin XV konfransının iştirakçılarına müraciət edib.

"Hörmətli konqres və konfrans iştirakçıları!

Sizi – Azərbaycan kardioloqlarını, kardiocərrahlarını və müxtəlif ölkələrdən respublikamızın paytaxtına gəlmiş alimləri səmimi salamlayır, konqresinizin işinə uğurlar və insanların sağlamlığı naminə nəcib fəaliyyətinizdə hər birinizə yeni nailiyyətlər arzu edirəm.

Kardiologiya və ürək-damar cərrahiyyəsinin inkişafında özünəməxsus mövqeyi ilə seçilən ənənəvi Bakı konqresi bu gün təbabətin yeni müalicə üsulları və texnologiyalarının Azərbaycanda tətbiqinə layiqli töhfələr verməkdədir. Dünyanın mötəbər tibb mərkəzlərini təmsil edən tanınmış kardioloq alim və cərrahların iştirakı ürək-damar xəstəliklərinin müalicəsinə dair son elmi nailiyyətlərin müzakirə ediləcəyi konqresinizin yüksək nüfuzunun göstəricisidir. Gənc mütəxəssislər üçün təcrübə məşğələlərinin keçirilməsi isə onun elmi-praktik əhəmiyyətini xüsusilə artırır.

Avrasiya Ürək-Damar Cərrahları Cəmiyyətinin XV konfransı ilə birgə təşkil edilən hazırkı konqresin xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmasının rəmzi mənası vardır. Heydər Əliyev ölkəmizdə səhiyyə sisteminin davamlı təkmilləşdirilməsi üçün kifayət qədər geniş imkanlar yaratmışdı. Sonrakı dövr ərzində Azərbaycan səhiyyə sisteminin inkişafı, həmçinin kardiologiyanın dünya standartları səviyyəsinə yüksəldilməsi istiqamətində xeyli işlər görülmüşdür. Dünyanın məşhur kardioloji mərkəzlərində aparılan mürəkkəb əməliyyatların hazırda ölkəmizdə yeni nəsil kardioloqlar tərəfindən müvəffəqiyyətlə gerçəkləşdirilməsi təqdirə layiqdir.

Ümidvaram ki, kardiologiyanın və ürək-damar cərrahiyyəsinin aktual məsələlərinin qabaqcıl mütəxəssislərin iştirakı ilə ətraflı müzakirəsi həkimlərimizin xarici əlaqələrini daha da möhkəmləndirəcək, beynəlxalq təcrübədən qarşılıqlı faydalanmaqla bütövlükdə tibb elminin inkişafına xidmət edəcəkdir.

Ən xoş arzularla" - dövlət başçısının müraciətində belə qeyd olunur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio