USD - 1.7 EUR - 1.9164 RUB - 0.0263 TRY - 0.2892 DAHA ÇOX
SON DƏQİQƏ
Beynəlxalq Muğam Mərkəzində reallaşan "“Baku Summer Jazz Days” festivalı  Nazir: Mənim əsas vəzifəm Ordunu müharibəyə hazırlaşdırmaqdır Zakir Həsənov: Azərbaycan Ordusunda aparılan islahatlar uğurla davam edir Nazir: Azərbaycan Ordusunda olan ən müasir helikopterlər uzaq məsafədən hədəfi dəqiqliklə vurmağa qadirdir Müdafiə naziri: Azərbaycan Ordusu bütün əsas istiqamətlərdə inkişaf edir
Bakıda sərnişin marşrutu qəza törədib, xəsarət alanlar var

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

BNA-dan ASAN Radioya verilən məlumatda qeyd olunur ki, iyunun 11-də Zığ yolunda fiziki şəxs Nazim Qəhrəmanovun müvəqqəti istismarında olan 104 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Daşıyıcının verdiyi məlumata görə saat 16:40 radələrində Zığ yolunda təxliyə avtomobili 104 nömrəli müntəzəm marşrut üzrə hərəkət edən 90 RZ 540 dövlət nömrə nişanlı avtobusu arxadan vurub. Hadisə ilə əlaqədar daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağırılıb və müvafiq araşdırma aparılır.

***

Bakının Xətai rayonu, Zığ şosesisində 104 nömrəli marşrut avtobusu qəza törədib.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 43 və 34 yaşlı qadınlar Sabunçu xəstəxanasına, 50 yaşlı qadın Kliniki Tibbi Mərkəzə, 35 yaşlı qadın isə Neyrocərrahiyyə xəstəxanasına aparılıb. Qadınlara bədənin müxtəlif nahiyələrinin xəsarəti diaqnozu qoyulub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio