USD - 1.7 EUR - 1.9162 RUB - 0.0269 TRY - 0.2968 DAHA ÇOX
SON DƏQİQƏ
Ağdam işğal olunarkən, Qarabağ atları necə xilas edildi? - Ağcabədidən xüsusi reportaj Audio/Foto DSX və polis Zaqatalada birgə əməliyyat keçirib Əli Əhmədov BMT Baş katibinin birinci müavinini Bakıya dəvət edib Xarici valyutaların manata qarşı məzənnələri Keşikçidağda insident törədən gürcülərlə bağlı Gürcüstanın ölkəmizdəki səfiri XİN-ə çağırılıb
ABŞ-ın Con Batçelor Şou radio proqramında "ASAN xidmət"dən danışılıb

ABŞ-ın Con Batçelor Şou radio proqramı Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovla müsahibəni yayıb.

Jurnalist Con Batçelor Mərkəzi Asiyaya səfəri ərəfəsində Azərbaycanın bu region ölkələri üçün inkişaf modeli olmasına dair fikirlər səsləndirib.

Azərbaycan və Mərkəzi Asiya ölkələrinin ortaq tarixə və mədəniyyətə malik olmasından danışan səfir Elin Süleymanov regionun ümumi inkişafı üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıb. O, ölkəmizin iştirakçısı olduğu enerji və nəqliyyat layihələrinin bütün region ölkələrinin inkişafına böyük töhfə verdiyini qeyd edib. Diplomat Azərbaycanda innovasiyalara imza atmış “ASAN xidmət”in artıq Əfqanıstan və Mərkəzi Asiya ölkələrində tətbiqinə başlanılmasının bu təcrübənin səmərəli olmasından xəbər verdiyini deyib və ölkələr arasında bu və digər istiqamətlərdə təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.

Ramsfeld Fondunun Mərkəzi Asiya və Cənubi Qafqaz Qrupunun (CAMCA) növbəti illik iclasının Özbəkistanda keçiriləcəyinə toxunan səfir bu qurumun ölkələrin dövlət və özəl sektorları arasında əməkdaşlığın inkişafına diqqət yetirməsindən və iştirakçı tərəflərin faydalanmasından bəhs edib.

Daha sonra diqqəti ölkəmizə yönəldən C.Batçelor Azərbaycanın Ermənistanla uzun müddətdir ki, münaqişədən əziyyət çəkdiyini xatırladıb, mayın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun mayoru Aqil Omarovun snayper ilə qətlə yetirilməsinə diqqət çəkib.

Səfir münaqişə tərəfinin kim olmasından asılı olmayaraq, insan ölümünün faciəvi hal olduğunu, qətlə yetirilmiş mayorun ailəsi kimi, bütün Azərbaycan xalqının bu itkidən kədərləndiyini bildirib, Ermənistan tərəfinin bu kimi hallara son qoymalı olduğunu vurğulayıb. Xüsusilə, son hadisələr fonunda - ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycanda sülhün irəlilədilməsi üçün danışıqlar apardığı zamanda Ermənistan tərəfindən belə bir addımın atılmasının qəbuledilməzliyini vurğulayıb.

Ermənistanın sülh üçün ya hazır olmadığını, ya da bunu istəmədiyini qeyd edən səfir Ermənistanın inkişafı və erməni xalqının rifahı üçün sülhün vacibliyini və cəmiyyətin buna hazır olmasının, etimad quruculuğu tədbirlərinin yaradılmasının əhəmiyyətini qeyd edib. Lakin o, baş verən son hadisənin Ermənistan tərəfinin tam əksinə fəaliyyət göstərdiyinin sübutu olduğunu vurğulayıb, bu təxribatın davamlı olmayacağına ümidini ifadə edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio