USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İshaqzai: BMT Azərbaycana Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bütün dəstəyi verməyə hazırdır

BMT Azərbaycana Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün lazım olan bütün dəstəyi verməyə hazırdır.

ASAN Radionun Trend-ə istinadla məlumatına görə, bunu “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxış edən BMT-in Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai deyib.

Onun sözlərinə görə, dünyanın bir çox ərazilərində insanların hüquqları davamlı olaraq pozulur: "Bizim əsas məqsədimiz 2030-cu ilədək insanların hüquqlarının daha yaxşı qorunmasına nail olmaqdır. Azərbaycan 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq üçün götürdüyü öhdəliklərə sadiq qalan ölkədir. Bu xüsusda ölkəmiz ilk könüllü hesabatını verib, iyulda isə növbəti hesabatını verəcək".

Q.İshaqzai bildirib ki, ombudsmanların insan hüquqlarının qorunmasında çox vacib rolu var. Ombudsmanlar vətəndaş cəmiyyəti və dövlət qurumları arasında körpü rolunu oynayır: "Ombudsmanların mandatı var ki, insan hüquqları ilə bağlı bütün məsələlərdə yaxından iştirak etsinlər. Əslində, müstəqil ombudsmanlar dayanıqlı inkişafın vacib indikatorlarıdır. Dayanıqlı İnkişaf Məqsədinə güclü, müstəqil ombudsman təsisatı olmadan nail olmaq olmaz".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!