USD - 1.7 EUR - 1.8907 RUB - 0.0265 TRY - 0.2924 DAHA ÇOX
SON DƏQİQƏ
BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb Azərbaycanda bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi başlayır Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb Azərbaycanın müdafiə xərcləri 20,9 faiz artırılacaq
Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd edilib

İyulun 5-də ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 243-cü ildönümü ilə əlaqədar tədbir təşkil edib.

ASAN Radio xəbər verir ki, əvvəlcə Azərbaycanın və ABŞ-ın dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer deyib ki, beynəlxalq arenada Azərbaycanın rolu artmaqda davam edir. ABŞ Azərbaycanın müstəqilliyinə hörmət edir və dəyərləndirir. “Azərbaycanı dəstəkləməyə davam edəcəyik. Ümid edirəm ki, hər iki ölkə dost və tərəfdaş kimi azadlıq və firavanlıq yolunda birgə addımlamağa davam edəcək”, - deyə diplomat əlavə edib.

Səfir qeyd edib ki, Azərbaycan ilə ABŞ arasında güclü tərəfdaşlıq və əməkdaşlıq mövcuddur.

Maliyyə naziri Samir Şərifov tədbirdə çıxış edərək ABŞ xalqını və hökumətini Azərbaycan Hökuməti adından təbrik edib. Nazir qeyd edib ki, ABŞ ilə Azərbaycan arasında güclü iqtisadi maraqlar mövcuddur və sosial-iqtisadi dialoqun genişlənməsi əlaqələrin inkişafına töhfə verir. ABŞ Cənub Qaz Dəhlizi də daxil olmaqla Azərbaycanın iştirakı ilə həyata keçirilən beynəlxalq enerji layihələrinə dəstək verir. Son zamanlar qarşılıqlı səfərlərin intensivliyinin artması əlaqələrimizin yüksələn xətt üzrə inkişafının göstəricisidir. “Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllində ATƏT-in Minsk Qrupunun sədri kimi ABŞ-ın səylərinə ümid bəsləyirik”, - deyə S.Şərifov qeyd edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio