USD - 1.7 EUR - 1.8907 RUB - 0.0265 TRY - 0.2924 DAHA ÇOX
SON DƏQİQƏ
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb Azərbaycanda bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi başlayır Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb Azərbaycanın müdafiə xərcləri 20,9 faiz artırılacaq Şamaxıda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılmasına 20 milyon 335 min manat ayrılıb
Çindən yola çıxan yük qatarı Ələtə çatdı

ASAN Radio Real-a istinadla xəbər verir ki, Çinlə Azərbaycan əməkdaşlığına əsasən Sian-Bakı blok qatarının qarşılanması mərasimini keçirilib.

Əməkdaşlıq çərçivəsində Çindən gələn qatarlar Xəzərdən keçməklə Azərbaycandan tranzit olaraq Bakı-Tbilisi Dəmir yolu vasitəsi ilə Avropaya, Türkiyəyə, oradan isə bütün Avropa ölkələrinə yük daşıyacaq.

Qeyd edək ki, Siandan gələn qatar 21 ədəd 45 futluq və 15 ədəd 40 futluq konteynerdən ibarətdir. Konteynerlər artıq Qazaxıstanın Aktau limanına çatıb və "Türküstan” gəmisi ilə Ələt limanına yola salınıb.

Layihə  bu ilin aprel ayında Pekində 2-ci "Bir kəmər, bir yol” Forumunda "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid  Qurbanovun iştirakı ilə qurumun  törəmə şirkəti olan "ADY Konteyner” MMC və Çinin "Xi’an Continental Bridge International Logistics Co. Ltd” şirkəti arasında Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə hərəkət edən konteyner qatarlarının təşkili üzrə əməkdaşlıq çərçivəsində baş tutub. Hər iki şirkət  2019-cu ildə 30  konteyner qatarı (2460TEU) buraxmağı planlaşdırır.

Razılaşma həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nəqliyyat qovşağı kimi fəaliyyətinin genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio