USD - 1.7 EUR - 1.9162 RUB - 0.0269 TRY - 0.2968 DAHA ÇOX
SON DƏQİQƏ
Xarici valyutaların manata qarşı məzənnələri Keşikçidağda insident törədən gürcülərlə bağlı Gürcüstanın ölkəmizdəki səfiri XİN-ə çağırılıb DSX: “Keçikçi qala”da Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib 16 iyulda gözlənilən hava şəraiti Baş Prokurorluq: Xan çinarının budaqlarının qırılmasına əlverişsiz hava şəraiti səbəb olub
Cəlilabad rayonunun kəndlərində hava xətləri yenidən qurulacaq

Ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi və Azərbaycan Milli Mətbuatının yaranmasının 144 illiyi münasibəti ilə "Azərişıq" ASC jurnalistlər üçün media-tur təşkil edib.

ASAN Radio xəbər verir ki, ikigünlük media-turda 30-a yaxın kütləvi informaaiya vasitəsinin əməkdaşı iştirak edib.

Biləsuvar, Cəlilaba, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarını əhatə edəcək səfər zamanı jurnalistlər "Azərişığ"ın Cənub zonasında gördüyü yenidənqurma işləri ilə tanş olacaq.

"Azərişığ"ın mətbuat xidmətinin sözlərinə görə, ümumilikdə 7 rayonu əhatə edən "Cənub" Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 200 mindən çox abunəçi var:

"Bu səfərimizi Ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi və Azərbaycan Milli Mətbuatının yaranmasının 144 illiyi münasibəti ilə təşkil etmişik. Bildiyiniz kimi ümummilli liderimiz ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkəmizdə sabitlik yarandı və iqtisadiyyat, mədəniyyət, sosial və digər sahələrdə geriləmə inkişafla əvəz olundu. Məhz onun sayəsində enerji sektorunda ötən əsrin 60-cı illərində başlamış inkişaf sonrakı illərdə də davam etdi. Məhz onun bu uğurlu və mislisiz siyasətini layiqli davamçısı cənab prezident İlham Əliyev də davam etdirdi. Məhz bunun nəticəsidir ki, son illər bütün sahələrdə olduğu kimi energetika sahəsində də davamlı inkişaf gedir.

Günü-gündən abunəçilərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatında nəzərəçarpacaq dəyişikliklər baş verir. Hesab edirəm ki, media bu yenilikləri işıqlandırmalıdır.

Hazırda səfər etdiyimiz "Cənub" RETSİ ərazisində 206 min abunəçi var ki, onların da 93,7%-i və ya 193 mini əhali arupu abunəçilər, 6,3%-i yaxud 13 mini isə qeyri-əhali qrupu abunəçilərdir".

Media-tur çərçivəsində jurnalistlərin ilk dayanacağı Cəlilabad rayonu olub. Rayonda həyata keçirilən tədbirlər barəsində jurnalistlərə məlumat verən Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Maarif Novruzov deyib ki, regionda olan abunəçilərin 20,4%-i təkcə Cəlilabadın payına düşür:

"Hazırda rayonda 42 min abunəçi var. Onlardan 39 mini əhali qrupu, 3 mini isə qeyri-əhali qrupuna aiddir. Burada 110/35/10 Kvt-luq Cəlilabad yüksık gərginlikli elektrik ötürücü yarımstansiyası yerləşir ki, bu da 300 min əhalinin elektrik təchizatını yaxşılaşdırılması üçün nəzərdə tutukub və hazırda Cəlilabadın 230 min əhalisi var. Bu da yarımstansiyanın gələkək inkişaf perspektivinin olduğunu göstərir. ".

Xatırladaq ki, Cənub rayonlarına təşkil edilən media-səfər Azərbaycanda paylayıcı elektrik şəbəkələrinin yaranmasının 90 illiyi münasibəti ilə "Azərenerji" və "Azərişıq" ASC-lərin başladığı kampaniya çərçivəsində reallaşdırılıb. İlin sonuna qədər digər regionlara da belə səfərlərin təşkili planlaşdırılır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio