USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ağdam işğal olunarkən, Qarabağ atları necə xilas edildi? - Ağcabədidən xüsusi reportaj Audio/Foto

Zəngin təbiəti, musiqisi, mədəniyyəti, abidələri ilə tanınan Qarabağ diyarı atları ilə də məhşurdur. 

Qarabağ atları dünyada mövcud cinslərdən qızılı-kürən rəngi, uzaq məsafəyə çoxnəfəsliliyi ilə seçilir. Sahibinin əmrindən çıxmayan, tez əhliləşdirilən, sadiq dostdur.

Hələ 20-ci əsrin sonlarına qədər Ağdamda atçılıq zavodu fəaliyyət göstərib. 90-cı illərdə erməni təcavüzü tək torpaqlarımıza qarşı deyil, həmçinin, milli sərvətlərimizin talanına yönəlmişdi. Ağdamın kəndləri erməni silahlıları tərəfindən işğal olunsa da, Qarabağ atlarını özününküləşdirmək cəhdləri boşa çıxdı. Cins atları ermənilərin cəngindən qurtaran şəxslərdən biri Qarabağ Atçılıq Kompleksinin direktoru Maarif Hüseynovdur:

"Demirəm ki, mənə ad versinlər, amma qəhrəmanlıq etmişəm, atları ermənilərdən qorumuşam. Həm bir hərbçi kimi, həm də zavodun işçisi kimi əlimizdə silah vuruşduk, Qarabağ atlarını bura gətirə bildik."   

İndi Qarabağ atlarının genefondunu qorumaq, dünyadakı şöhrətini artırmaq əsas vəzifələrdəndir. Kənd Təsərrüfatı nazirliyinin təşkil etdiyi media tur çərçivəsində Qarabağ Atçılıq Kompleksi ilə tanışlıq ASAN Radio olaraq, bizdə ayrı maraq yaratdı. Hazırda mərkəzdə 245 baş at var.  

Dilan, Şan, Şair, Armud... Baş zootexnik Yaşar Mirəliyev atlara qoyulan ad seçiminə belə aydınlıq gətirir: "Yaxşı olar ki, insan adı olmasın, yer, məkan adları seçirik. Məsələn, 2019-cu ildə aldığımız ilk balaya yaşadığımız kəndimiz Ağdamın Eyvazxanbəyli kəndinin adını verdik."

Sonra manejdə Qarabağ atlarının məharətinə də bələd olduq. Çaparlardan biri Bayram Quliyevdi; Qarabağ atlarına qürurla xidmət edir. Atlarla "dil tapa" bilib. 

Azərbaycanın Qarabağ atları hazırda Ağcabədi rayonunda köçkün həyatı yaşayır.  Həm də yaşadır - Azərbaycanın Qarabağ bölgəsinin adını, - beynəlxalq, yerli tədbirlərdə, yarışlarda, cıdırda. Cıdır düzündə çapmaq isə hələ ki, arzudur. Gerçəkləşməsi üçün igidlərin meydanda at oynatması lazımdır.

Xüsusi olaraq Ağcabədidən reportajı hazırladı: İlkin Kərimov, montaj: Zamiq Babayev.

Audioreportajı linkdən dinləyin:

http://bit.ly/2JARm92

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!