USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Müdafiə naziri: “Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır”

İyulun 20-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik, birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Bu barədə radiomuza MN-nin mətbuat xidmətindən bildirilib. Müdafiə naziri tədris ilinin sonunadək qoşun növləri, birlik, birləşmə və hərbi hissələrdə döyüş hazırlığı üzrə məşqlərin direktiv və təlimatlara uyğun daha da səmərəli təşkili, rəhbəredici sənədlərin dərindən öyrənilməsi və tətbiqi, eləcə də Ordumuzda peşəkarlığın artırılmasına yönəlmiş digər tədbirlərin keçirilməsi ilə bağlı fikirlərini müşavirə iştirakçılarına çatdırıb.Ölkə prezidentinin tapşırığına əsasən bu ilin sonunadək Azərbaycan Ordusunun, xüsusilə cəbhəboyu zonada yerləşən bölmələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bir neçə hərbi obyektin istifadəyə veriləcəyini bildirən general-polkovnik Z.Həsənov gələcəkdə də bu istiqamətdə tədbirlərin davam etdiriləcəyini qeyd edərək, görülən işlərin müasir tələblərə uyğun aparılması ilə əlaqədar vəzifəli şəxslərə müvafiq göstərişlər verib.Qoşunların gizli və fasiləsiz idarə olmasını tələb edən Müdafiə naziri təmas xəttində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması, döyüş hazırlığının daha keyfiyyətli təşkili, ideoloji işin və mənəvi-psixoloji təminatın gücləndirilməsi və digər xidməti məsələlərin həlli ilə bağlı tapşırıqlar verib.Nazir həmçinin hava şəraitini nəzərə alaraq şəxsi heyətin sağlamlığına diqqətin artırılması və hərbi hissələrdə yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi barədə də göstəriş verib.Müşavirənin sonunda Müdafiə naziri sayıqlığın artırılması və təhlükəsizliyin təmin edilməsi, Ermənistan tərəfinin törədə biləcəyi  hər bir təxribata hazır olmaq məqsədilə kəşfiyyat fəaliyyətinin gücləndiririlməsi və düşmənə qarşı adekvat cavab tədbirlərinin görülməsi barədə əmr və tələblərini müşavirə iştirakçılarına çatdırıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!