USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakı Şəhəri üzrə Təhsil İdarəsində Milli Mətbuat Günü qeyd olunub

22 iyul - Milli Mətbuat Günü münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə jurnalistlərlə görüş keçirilib.

ASAN Radio xəbər verir ki, görüşdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, onlara paytaxtın təhsil həyatında baş verən yeniliklərin işıqlandırılmasında verdikləri dəstəyə və səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib.

Azərbaycan mediasının zəngin ənənələri olduğunu deyən Rəşad Tağıyev bütün peşəkar media qurumlarının təhsilə, məktəbə, müəllimə daim dəyər verdiyini və bu sahənin fəaliyyətinin obyektiv işıqlandırılmasında həssaslıq göstərdiyini nəzərə çatdırıb.

BŞTİ-nin müdiri Azərbaycan mediasının inkişafında ulu öndər Heydər Əliyevin müstəsna rolundan danışıb, Ümummilli Liderin müstəqil mətbuatın təşəkkül tapmasına daim önəm verdiyini nəzərə çatdırıb. Söz və fikir azadlığının demokratiyanın əsas amili olduğunu vurğulayan Rəşad Tağıyev bu istiqamətdə ölkəmizdə əldə edilən təcrübənin medianın inkişafına yol açdığını bildirib.

Qeyd edib ki, mətbuatın inkişafına dövlət qayğısı bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Azərbaycanda demokratik mətbuatın formalaşmasında, onun hüquqi normativ bazasının yaradılmasında, fikir və mətbuat azadlığının təmin edilməsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər bütün dünyada yaxşı bir örnək kimi qəbul olunur.

Media nümayəndələri BŞTİ-nin kollektivinə təşəkkürlərini bildirərək, əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər. Ötən dərs ilinin təhsil sahəsində bir sıra parlaq uğurlarla yadda qaldığını söyləyiblər.

Sonda media nümayəndələrinə hədiyyələr təqdim edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!