Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın xarici işlər naziri Mark Eyro görüş keçirib.
Gürüş Fransanın paytaxtı Paris şəhərində təşkil edilib.
İkitərəfli görüşün əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsidir.
Fransanın xarici işlər naziri Mark Eyro Parisdə Sergey Lavrovla görüşdən sonra açıqlamasında deyib ki, Paris Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni danışıqlara ev sahibliyi etməyə hazırdır.
"Biz həmçinin Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdik. Sergey Lavrov məni Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin Sankt-Peterburq gürüşü barədə məlumatlandırdı. Mən xatırlatdım ki, biz Parisdə yeni müzakirələr üçün meydança verməyə hazırıq", - deyə Eyro bildirib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!