USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Aeroporta hücumun tam planı bilindi

İstanbulun Atatürk hava limanına terror hücumu etmiş silahlılarla bağlı yeni açıqlama verilib. "Milliyet"in verdiyi məlumata görə, aeroporta edilmiş hücumun təfərrüatları da aydınlığa qovuşub. Üzərində bomba ilə hava limanına daxil olan silahlılar öncə polislərə atəş açıb. 3 nəfər silahlıdan biri dərhal ayrılaraq avtomobil parkına qaçaraq orada partlayış törədib.

Hava limanına taksi ilə gəlmiş silahlılar girişdə mühafizə əməkdaşlarıyla qarşılaşıblar. Üstündə bomba gətirən terrorçulardan biri gödəkçədə olduğu üçün polis ondan şübhələnib. Vəsiqəsini təqdim etməsini istəyən polisə atəş açıblar. İlk atəş açılan kimi onlardan biri dərhal bir neçə mərtəbədən ibarət avto parka qaçıb, orada özünü partladıb. Digər iki nəfər isə polis yoxlama nöqtələrinə avtomat silahlardan atəş açmağa başlayıb və fərqli istiqamətlərdə hərəkətə keçiblər.

Cənub istiqamətdə qaçan terrorçulardan birini polis əməkdaşı təqib etməyə başlayıb. Təslim olmaq istəməyən silahlını polis izləməyə davam edib. Peşəkarcasına davranan polis işçisi terrorçunun kütləyə tərəf qaçmasının qarşısını almağa çalışıb. Məqsədinə çatan mühafizə əməkdaşı terrorçunu yaralayıb və sonuncu yerə yıxılıb. Həbs etmək üçün yaxınlaşan polis işçisi onun üzərində bombanın olduğunu görüb. Polis oradan uzaqlaşmağa fürsət tapandan bir neçə saniyə sonra partlayışı müşahidə etmək mümkündür. 

Digər canlı bomba isə qaçaraq eniş etmiş sərnişinlərin çıxdığı yerə gəlib. Terrorçu qapıya yaxınlaşan kimi özünü partladıb. Partlayış dalğası bütün yaxınlıqda olanları yaralayıb. İstanbul valiliyinin saat 13:00-a (Bakı vaxtı ilə 14:00) olan məlumatına görə, yaralı sayı 239 nəfər olub. Onlardan 109-u evə buraxılıb. Həyatını itirən 41 nəfərdən 37-nin kimliyi müəyyən edilib. Onlardan 31-i türkdür. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!