İyunun 28-də İstanbulun Atatürk Hava Limanında törədilən terrorla əlaqədar bu gün Türkiyənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.
Səfirlikdən verilən məlumata görə, kitabın imzalanması bir gün ərzində saat 10:00-dan 12:00-a və 14:00-dan 18:00-a kimi həyata keçiriləcək.
Qeyd edək ki, iyunun 28-də axşam İstanbulun Atatürk Hava Limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu-kamikadze özünü partladıb. Hadisə nəticəsində 42 nəfər həyatını itirib, 239 nəfər yaralanıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!