İki günlük bayram istirahətindən sonra “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində iş günüdür. Bu gündən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Həmçinin Bakı şəhərində əhaliyə kommunal xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.
XƏBƏR LENTİ