USD - 1.7 EUR - 1.8907 RUB - 0.0265 TRY - 0.2924 DAHA ÇOX
SON DƏQİQƏ
DSX-dan uğurlu əməliyyat: 5 nəfər saxlanıldı BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb Azərbaycanda bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi başlayır Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb
Beynəlxalq Muğam Mərkəzi "Unudulmayanlar" adlı layihəni davam etdirir

Beynəlxalq Muğam Mərkəzi  muğam sənətimizin təbliği istiqamətində çoxsaylı layihələr reallaşdırır. Bu layihələrdən biri də “Unudulmayanlar” adlanır. "Unudulmayanlar" layihəsinin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli  mədəniyyət xadimlərinin  bəstəkarların, klassik musiqi tariximiz və muğam ifaçılarının həyat və yaradıcılığını təqdim etməkdir.
Layihənin açılışı ötən il,  5 mart 2018-ci il tarixində baş tutub və  Azərbaycan mədəniyyət xadimi, dahi bəstəkar, məşhur alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illiyinə həsr olunmuşdu. Daha sonrakı buraxılışlarda xanəndə,  Xalq artistləri, unudulmaz ifaçılar, Həqiqət Rzayeva, Azərbaycan vokal ifaçılığının banisi, opera müğənnisi Bülbül və digər sənətkarlara  həsr edilmiş gecələr təşkil edilib.
2019-cu ilin ilk "Unudulmayanlar"ı 24 sentyabr tarixində təqdim olunacaq. Layihənin ilk tədbirində XIX əsrin sonu - XX əsrin əvvəlində xanəndəlik fəaliyyəti ilə məşğul olmuş daha sonra neft sənayeçisinə çevrilən Seyid Mirbabayevin xatirəsi yad ediləcək.  Bütün muğamsevərləri 2019-cu il boyunca layihənin maraqlı konsertlərini izləməyə dəvət edirik. Layihə “Mədəniyyət” kanalının informasiya dəstəyi ilə reallaşır.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi “Unudulmayanlar”, “Muğam axşamları” “Dastan gecələri”, “Aşıq musiqisi” , Etnik musiqi inciləri”  kimi layihələri davam etdirməkdədir. Layihələrin məqsədi muğam sənətimizin , milli musiqimizin və qeyri maddi mədəni irsimizin təbliği və gənc nəslə tanıdılmasdır. 
Konsertlərə biletləri iTiket.az , Asan xidmət mərkəzləri və şəhərimizin bütün kassalarından əldə edə bilərsiz .

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio