USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Milli Musiqi Günü” qeyd edilir - FOTOLAR 

18 sentyabr - "Milli Musiqi Günü"ndə ənənəvi olaraq Fəxri Xiyabanda Üzeyir Hacıbəylinin, habelə görkəmli mədəniyyət və incəsənət xadimlərinin məzarları ziyarət olunub.

Sonra Azərbaycan Milli Konservatoriyasında Üzeyir Hacıbəyliyə həsr olunan tədbir keçirilib. 

Daha sonra isə "Milli Musiqi Günü" ilə əlaqədar Bakı Musiqi Akademiyasının qarşısında tədbir baş tutub. Əvvəlcə Mədəniyyət naziri Əbülfəs Qarayev, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Xalq artisti Siyavuş Kərimi çıxış edib. Nazir Əbülfəs Qarayev bu günün əhəmiyyətindən danışıb. 

Xalq artisti Fərhad Bədəlbəyli də Milli musiqi günündə ürək sözlərini bildirib. 

Tədbirdə iştirak edən xalq artistləri Fidan və Xuraman Qasımovalar da öz təəssüratları ilə paylaşıblar. 

Azərbaycan Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri və solistlərin ifasında Üzeyir Hacıbəylinin ''Koroğlu uverturası''ı və “Cəngi”si “Milli musiqi günü”nünə xüsusi rəng qatıb. 

Tədbirdən fotoları təqdim edirik. Hazırlanan xüsusi reportaj ASAN Radioda yayımlanır

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!