USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
8 minədək uşaq sosial xidmətlərlə təmin olunur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırda 8 minədək uşaq stasionar və yarımstasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.

Nazirlikdən ASAN Radioya bildirilib ki, onların sırasına sağlamlıq imkanları məhdud, daun və autizm sindromlu, baxımsız və sosial təhlükəli vəziyyətdə olan, həmçinin eşitmə və nitq qabiliyyəti olmayan və b. kateqoriyalara aid uşaqlar daxildir. Uşaqlardan 350-yə yaxını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 1 və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində daimi dövlət təminatında yaşayır. Heydər Əliyev Fondunun dəstəyi ilə hər iki müəssisədə ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Digər uşaqlar isə DSMF-nin nəzdindəki Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində, habelə nazirliyin sifarişi ilə icra olunan sosial xidmət layihələri çərçivəsində reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunurlar.

Xüsusilə, cari ildə günərzi və icma əsaslı reabilitasiya müəssisələrinin, surdoloji xidmət, habelə daun və autizm sindromlu uşaqlar üçün psixoloji yardım və s. mərkəzlərin şəbəkəsi xeyli genişləndirilib. Bu da müvafiq kateqoriyalardan olan uşaqların ehtiyac duyduqları sosial xidmətlərlə təminat səviyyəsinin də artmasına imkan verib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!