USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ABAD” 3 yaşını qeyd edir - VİDEO

“ABAD” (Ailə Biznesinə ASAN Dəstək) publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb.

ASAN Radio xəbər verir ki, “ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd - Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.

 

“ABAD” həmçinin ailə təsərrüfatlarına biznes-planlaşdırma, avadanlıqla təchizedilmə, marketinq, təlimlər, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım, daşınma, logistika və ən əsası satışın təşkili kimi təmannasız xidmətlər göstərir.

 

“ABAD” tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirilir. Layihə çərçivəsində istehsal olunmuş məhsulların üzərində istehsalçı ailənin adı ilə yanaşı, məhsulun “ABAD”ın nəzarəti altında hazırlandığını göstərən müvafiq nişan yerləşdirilir.

 

“ABAD” pilot layihə olaraq fəaliyyətə Masallı rayonunda 7 təssərüfatçı ailə ilə başlayıb. Hazırda Azərbaycanın 39 bölgəsindən 394 ABADçı - mikro, kiçik və orta sahibkar “ABAD”ın dəstək proqramına qoşulub. Yaradılan 40-a yaxın qida brendi ölkənin ən iri hipermarketlərində yerləşən “ABAD” Bakaleyalarında təqdim edilir. Dekorativ-tətbiqi xalq sənətkarlıq nümunələri isə “ABAD” etno-butiklərində satışa çıxarılır.

 

Bu ilin sonundadək Tovuz “ABAD” Factory (Bitkilərin Emalı və Qurudulması Fabriki), Qubada qablaşdırma müəssəsi, yeni “ABAD” Məktəbi və Nardaran “ABAD” Keramika və Dekorativ-Tətbiqi Xalq Sənətkarlığı Mərkəzi açılışı nəzərdə tutulur.

">

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!